— Yaponiyanın Gifu prefekturasının şimalında yerləşən şəhər. Şəhər adının qədim Hida vilayətindən almışdır. Hida şəhəri Hida vilayətinin mərkəzi idi.

Şəhərin kandzi yazılışı 飛驒 şəklindədir və amma şəhər adının yazılışında qədim 騨 simvolundan istifadə olunur. 驒 simvolu rəsmi siyahıda göstərilmədiyindən, şəhərdən xaricdə 騨 simvolundan istifadə olunur.

2015-ci ilin məlumatına görə şəhərin əhalisi 24.774 nəfərdir, hər km² ərazidə 31 nəfər yaşayır. Şəhərin sahəsi 792,31 km²-dir.

Tarix thumbnail|left|Hida-Furukava stansiyası. Müasir Hida şəhəri 1 fevral 2004-cü ildə Furukava və Kamioka şəhərlərinin, Kavai və Miyaqava qəsəbələrinin (hamısı keçmiş Yosiki qəzasının tərkib hissəsi idilər) birləşdirilməsi nəticəsində yaradılmışdır.

Coğrafiya Hida şəhəri Hida yaylasının şimalında yerləşir. Şəhər coğrafi nəzərdən iki bölgəyə ayrılır: şərq və qərb. Şərq hissədə Takahara çayı, qərb hissədə Miya çayı axır (hər iki çay Dzinju çay sisteminə daxildirlər). Dağlıq region hər iki hissəni bir-birindən ayırır və əhali çay vadilərində məskunlaşmışdır.

Şəhərin sərhədləri meşə ilə örtülüb. Burada hündürlüyü 305 metrdən yüksək olan dağ zirvələri yerləşir. Dağlar əsasən Hida dağları sisteminə aiddirlər.

İqtisadiyyat Şəhər iqtisadiyyatı ənənəvi yapon malları olan sake və yapon şamı istehsalı üzərində qurulmuşdur. Furukava bölgəsi öz bacarığına görə daha çox tanınır. Kamioka bölgəsi sake istehsalında daha irəlidədir.

Mədəniyyət Şəhərdə Furukava festivalı keçirilir. Bu festival Gifu prefekturasında keçirilən ən məşhur festivaldır və hər ilin aprelində baş tutur.

Nəqliyyat thumbnail|Hida şəhərinin Gifu prefekturasında yerləşməsi

Dəmiryolu Central Japan Railway Company Hida şəhərində Takayama xəttinə bağlı olan 7 stansiyaya nəzarət edir. Şəhərin əsas stansiyası Hida-Furukava stansiyasıdır. Digər 6 stansiyası Hida-Furukava stansiyasının şimalı boyunca uzanır: Suqisaki, Hida-Hoso, Tsuqonava, Sakakami, Utsubo və Suqihara stansiyaları.

Avtomagistral Şəhərdən keçən əsas sürətli avtomagistral Tokai-Hokuriku sürətli avtomagistralıdır. Bu avtomagistal Naqoya və Gifu ilə Toyama şəhərlərini əlaqələndirir. Şəhərdən 4 milli avtomagistal keçir: 41, 360, 471 və 472.

Qonşu coğrafi obyektlər Gifu prefekturası Takayama, Sirakava (Ono) Toyama prefekturası Toyama, Nanto

İstinadlar

Xarici keçidlər

Hida şəhərinin rəsmi veb-saytı

Həmçinin bax

Kateqoriya:Gifu prefekturasının şəhərləri