Aşağı Qarakoymaz — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 9 km cənub-şərqdə, Alagöz dağının qərb tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qarakovmaz formasındaПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.117 qeyd edilmişdir.
Toponim türk dilində «böyük», «təpə», «dağın zirvəsi»,«zirvə» mə'nasında işlənən qara sözündənМурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.256 və türkdilində kənd mə'nasında işlənən köy sözünün forması olan koy sözü iləМурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.282 «dağın cənub yamacı», «yüksəkliyin meşəsiz tərəfi», «dağın gün düşən tərəfi» mənasında işlənən mesmaz - İbrahim Bayramovun fikrincə sözününМурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.369 birləşməsindən əmələ gəlmişdir. «Böyük dağın, təpənin gün düşən, cənub tərəfində olank ənd» mə'nasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Nerkin Sasunaşen qoyulmuşdur.
Əhalisi Kənddə 1831-ci ildə 49 nəfər, 1873 - cü ildə 265 nəfər, 1886-cı ildə 356 nəfər, 1897-ci ildə 233 nəfər, 1904 - cü ildə 394 nəfər, 1914 - cü ildə 418 nəfər, 1916-cı ildə 322 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.34-35, 118-119.
1918-ci ildə kənd erməni təcavüzünə mə'ruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1915-18-cı illərdə Türkiyənin Sasun, Taron və Muş vilayətlərindən köçürülən ermənilər və kürdlər burada yerləşdirilmişdirerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.34Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.112). İndi ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Talin kəndləri Kateqoriya:Eçmiədzin qəzasının kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri