X Kristian (tam adı: Kristian Karl Frederik Albert Aleksandr Vilhelm; ) — 1912-1947-ci illərdə Danimarka kralı, həmçinin 1918-1944-cü ildə ilk və tək İslandiya kralı olan şəxs.

Həyatı 1870-ci ildə, Danimarka kralı VIII Frederik və İsveç şahzadəsi Luiza Evgeniyanın ailəsində doğulmuşdu. Ana tərəfdən babası XV Karl idi. Doğulanda atası hələ vəliəhd şahzadə idi və qardaşlarının ən böyüyü idi. 1889-cu ildə imtahan verərək gimnaziyaya daxil olmuş ilk Danimarka kralı olmuşdur.

Evliliyi 26 aprel 1898-ci ildə Meklenburq-Şverin hersoqu III Fridrix Fransın qızı Aleksandrina ilə Kann şəhərində evlənmişdir. İki övladı olmuşdur: Şahzadə Frederik (1899-1972) Şahzadə Knud (1900-1976)

Vəliəhd dövrü 1905-ci ildə Norveç müstəqilliyini elan edəndə, Kristianın kiçik qardaşı Haakon, VII Haakon adı ilə Norveç kralı elan olundu. 29 yanvar 1906-cı ildə kral IX Kristianın ölümündən sonra atası VIII Frederik taxta çıxdı və Kristian vəliəhd təyin olundu.

Taxta çıxması 14 may 1912-ci ildə atasının Hamburqda qəfil ölümündən sonra X Kristian adı ilə taxta çıxdı.

Pasxa böhranı 1920-ci ildə Versal sülh müqaviləsinin şərtlərinə görə Şlezviq vilayətində referendum keçirildi və referendum nəticəsində Şimali Şlezviq Danimarkaya, Mərkəzi və Cənubi Şlezviq isə Almaniyaya birləşdi. Lakin millətçilər, Mərkəzi Şlezviqdəki Flensburq şəhərinin Danimarkada qalmasını tələb etdilər. Kral bu tələbi qəbul etdi və baş nazir Karl Teodor Zaleyə bu barədə göstəriş verdi. Lakin baş nazir Danimarkanın konstitusiyalı monarxiya olduğunu xatırladıb bu göstərişdən imtina etdi. Kral hökuməti istefaya göndərdi və öz hökumət üzvlərini yerləşdirdi. Lakin bu hərəkət Danimarkada etirazlara səbəb olduqdan sonra kral öz hökumətini də buraxdı. Məhz bu hərəkətdən sonra Danimarka kralının siyasi nüfuzu bitdi və bir daha parlamentin sözündən çıxa bilmədi. left|thumb|X Kristian 1940-cı ildə, paytaxt əhalisi ilə birlikdə.

İkinci Dünya müharibəsi 9 aprel 1940-cı il, səhər saat 4 radələrində Danimarka Almaniya tərəfindən sürətlə işğal olunmağa başladı.William Shirer, The Rise and Fall of the Third Reich(New York: Simon & Schuster, 1990), səh 663. Kral təslim oldu və Danimarkanın özünüidarə hüququ saxlanılması ilə birlikdə Danimarka Almaniya tərəfindən müharibənin sonunacan işğalda saxlanıldı. Qardaşı VII Haakon və digər Avropa krallarından fərqli olaraq o sürgünə getmədi və öz ölkəsində qaldı. 13 oktyabr 1942-ci ildə atından yıxılandan sonra dövlət işlərindən tamamilə çəkilən Kristian ölümünəcən passiv həyat tərzi sürdü.

Ölümü 1947-ci ildə Kopenhagendə, Amalienborq sarayında vəfat etdi.

Mükafatları 1914 - - 849-cu Bant ordeni - Qüdrətli Hamam ordeni 11 oktyabr 1901 - - Kraliyyət Viktoriya ordeni - 1100-cü Qızıl Yun ordeni cəngavəri

İstinadlar

Kateqoriya:Danimarka tarixi Kateqoriya:Danimarka kralları Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:İkinci Dünya müharibəsinin monarxları Kateqoriya:Danimarka monarxları