thumbnail|Kollecin əsas binası Bunka Moda Kolleci ( — Bunka Fukuso Qakuin) — Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən təhsil müəssisəsi.
Kollecin əsası 1919-cu ildə qoyulmuşdur.
Kollec tələbələrə çağdaş moda industriyasına aid olan bütün sahələr üzrə təhsil verir. Kollecin tələbələr üçün yaratdığı şərait və imkanlar da çox yüksək səviyyədədir. Bunka Moda Kollecində həm yerli, həm də xarici tələbələr təhsil alır. Xarici tələbələr üçün isə, burada xüsusi təqaüd proqramları da mövcuddur.
Məşhur məzunları Buranı bitirən tələbələr nəinki Yaponiyada, həm də digər xarici ölkələrdə moda sənayesində çox böyük uğurlara imza atmışlar. Hazırda dünya modasında öz sözünü demiş, peşəkarlıqları ilə müvəffəqiyyət qazanan 280-ə yaxın Bunka Moda Kollecinin məzunlarının adını çəkmək olar: Kenzo Takada Takeo Kikuçi Cunya Vatanabe Nigo Naomi Nişida (aktrisa) Yohji Yamamoto "Yoji Yamamoto," Women's Wear Daily. "Yoji Yamamoto," New York Magazine. Spring 2009. Tsumori Çisato Tomoe Şinohara Mişa Canette (bloqqer)
Mənbə Nuranə Səmədova. BUNKA MODA KOLLECİ. yapon.az, 05.05.2014
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1919-cu ildə yarananlar Kateqoriya:Tokioda təhsil Kateqoriya:Yaponiyada dəb