Hüseyn ibn Əli əl-Haşimi (; ) — 1908–1916-cı illərdə sonuncu Məkkə şərifi, 1916–1924-cü illərdə Haşimilər sülaləsindən birinci Hicaz kralı.
Həyatı Hüseyn ibn Əli əl-Haşimi 1852-ci ildə Osmanlı İmperiyasının paytaxtı İstanbulda anadan olub.Рыжов К. В. Все монархи мира. Мусульманский восток XV–XX вв. Москва, "Вече", 2004, ст. 302 1908-ci ildə əmisioğlu Əli ibn Abdullah əl-Haşimidən sonra Məkkə şərifi təyin edildi. Osmanlı İmperiyasına qarşı ərəb millətçiləri və ingilislərlə əməkdaşlıq qurdu. 1914-cü ildə onun oğlu Feysəl ibn Hüseyn ərəblərlə və Dəməşq islahatçıları ilə əlaqəyə girdi. Digər oğlu Abdullah isə Misirdə olan İngiltərə nümayəndələri ilə əlaqə qurdu. Əvvəllər dayandırılan Avropa ilə əlaqlələr Birinci Dünya müharibəsi zamanı təkrar canlandı. İngilislər Məkkə şərifinə vəziyyətdən istifadə edib Türklərə qarşı üsyan qaldırmağı məsləhət gördü.
1915-ci ildə Böyük Britaniya ilə gizli razılıq əldə olundu. Belə ki, ingilislər onu, Adendən başqa bütün Ərəbistan yarımadasında onun hakimiyyəti tanıyırdı.
O, 1916-cı ilin iyununda ərəbləri türklərə qarşı üsyana çağırmağa başladı. Hüseynin oğlanları Əli, Abdullah, Feysəl və Zeydin komandanlığında ayağa qalxmış üsyançı dəstələr tezliklə Ciddəni tutdular və Yanbu və Üm-Lədc limanına tərəf istiqamətləndilərРыжов К. В. Все монархи мира. Мусульманский восток XV–XX вв. Москва, "Вече", 2004, ст. 303. Məkkədə yerləşən türk qarnizonu ərəblərə təslim oldu. 2 noyabr 1916-cı ildə Ərəb əmirlərinin toplantısında Hüseyn ərəb xalqının kralı elan olundu. Yaradılmış hökumətdə əsas vəzifələri kralın oğulları tuturdu. Belə ki, Əli ibn Hüseyn baş nazir, Abdullah ibn Hüseyn xarici işlər naziri, Feysəl ibn Hüseyn isə daxil işlər naziri idi. Böyük Britaniya və Fransa Hüseyni yalnız Hicaz kralı kimi tanıdı.
1917-ci ildə Feysəl ibn Hüseyn Qırmızı dənizindən şimala üzərək Akaba limanını tutdu. 1918-ci ildə isə Osmanlılar Fələstində ağır məğlubiyyətə uğradıldı. 1918-ci ildə Feysəl Məanı işğal etdi və ingilislərlə birgə Suriya torpaqlarına daxil oldu. 30 sentyabrda Dəməşq işğal edildi. Feysəl ibn Hüseyn Şərqi Suriya istisna olmaqla ələ keçirdiyi bütün torpaqları öz hakimiyyəti altına aldı. Digər torpaqlar isə müttəfiq orduların əlinə keçdi. Hüseynə vəd edilmiş, Fələstin və İraq İngilislər, Suriya və Livan isə fransızlar tərəfindən işğal edildi.
Hicaz kralı Hüseyn ibn Əli bütün Ərəbistan yarımadasını öz hakimiyyəti altında birləşdirmək qərarını aldı. Onun əsas rəqibi Nəcd əmiri II Əbdüləziz ibn Səud idi. 1917-ci ildə Hicaz kralı ilə Nəcd əmiri arasında müharibə başladı.1919-cu ildə Abdullah ibn Hüseyn Turabunu tutdu, ancaq bir neçə gün sonra Nəcd ordusunun hücumu ilə geri çəkilmək məcburiyyətində qaldı.
1921-ci ildə ingilislər Hüseynin oğullarından Feysəli İraq kralı, Abdullahı isə Transiordaniya kralı elan etdilərTeitelbaum, 2001, p. 243.. Hüseyn bununla razılaşmadı. Suriyada Fransız hakimiyyətinə və Fələstindəki İngilis hakimiyyətinə etiraz edirdi. O, ingilislərin dəstəyinə ehtiyac duymasına baxmayaraq Versal müqaviləsini təsdiqləmədi.
1923-cü ildə Hüseyn ibn Əli özünü bütün müsəlmanların xəlifəsi elan etdi. 1924-cü ildə Nəcd əmiri Əbdüləziz ibn Səud Hicaza qarşı yeni hərbi əməliyyatlara başladı. Vəhhabilərin silahlı dəstələri Hicaza daxil oldu. İngilislər bu dəfə Hüseynin məğlub olması üçün bitərəf mövqedə durdular. 6 oktyabr 1924-cü ildə Hicaz əmirləri Ciddədə toplaşdı və Hüseyn oğlu Əlinin xeyrinə taxtdan əl çəkdi.
Bir müddət sonra İxvan təşkilatı tərəfindən Taif yaxınlığında ələ keçirildi və İngilislər tərəfindən Kipr adasına sürgün edildi. Daha sonra Kiprdan ayrılaraq Transiordaniya kralı olan oğlu Abdullah ibn Hüseynin yanına getdi və 1931-ci ildə orda öldü.
Ailəsi
Şərifə Abdiyyə bint Abdullah (ö. 1888, İstanbul) — əmisi Əmir Abdullah Kamil Paşanın böyük qızıdır. Əli ibn Hüseyn Həsən ibn Hüseyn, gənc yaşda vəfat etdi. Abdullah ibn Hüseyn Fatimə bint Hüseyn Feysəl ibn Hüseyn Mədiha, əslən çərkəzdir Salehə bint Hüseyn Şərifə Xədicə bint Abdullah (1866 - 4 iyul 1921, Amman) — əmisi Əmir Abdullah Kamil Paşanın ikinci qızıdır. Adilə xanım (1879, İstanbul - 12 iyul 1929, Kipr) — sədrəzəm Mustafa Rəşid Paşanın nəvəsidir. Sara bint Hüseyn Zeyd ibn Hüseyn
Həmçinin bax Haşimilər Hicaz krallığı Məkkə Şərifliyi
İstinadlar
Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:Ərəb üsyanı Kateqoriya:Məkkəlilər Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar Kateqoriya:Osmanlı siyasətçiləri Kateqoriya:Əmirlər Kateqoriya:Həsənilər Kateqoriya:İslam və xristianlıq Kateqoriya:Səudiyyə Ərəbistanı tarixi Kateqoriya:İstanbul şəxsləri