Sultan Satıbəy xatun — Elxanilər dövlətinin xatunu; Əbu Səid Bahadur xanın anabir bacısı, əvvəlcə Əmir Çoban Sulduz, ardınca Sultan Arpa xan, sonda da Süleyman xanın xatunu.

Həyatı Satıbəy xatunun ilkin həyatına dair məlumat azdır. 1319-cu ildə Əmir Çoban Sulduz ilə evlənmişdi. 1327-ci ildə Əmir Çobanın üsyanından sonra əmir onu boşayaraq Əbu Səidin yanına göndərmişdi. 1334-cü ildə oğlu Əmir Surğan Sulduza Qarabağ hakimliyi verilərkən, o da oğlu ilə Qarabağa getdi. 1335-ci ildə Arpa xanla evləndi. 1336-cı ildə Arpa xanın ölümü ilə yenidən oğlunun yanına qayıdan Satıbəy xatun 1338-ci ilin iyulunda Əmir Həsən Sulduzun tərəfinə keçdi.

Hakimiyyəti Əmir Həsən Sulduz həmin ay Satıbəyi Elxanilər dövlətinin xatunu elan etdi. Lakin bu hakimiyyət az çəkdi, 1340-cı ildə devrilərək zorla Süleyman xanla evləndirildi. Haqqında son məlumat 1345-ci ildə verilir.

Həmçinin bax Elxani hökmdarlarının siyahısı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Elxanilər Kateqoriya:10 martda vəfat edənlər Kateqoriya:XIV əsr Asiya hökmdarları Kateqoriya:İran siyasətçiləri Kateqoriya:İran tarixi