Kiasma Müasir İncəsənət Muzeyi — Kiasma vizual mədəniyyət Mərkəzi - Finlandiyanın və Helsinkinin ən çox ziyarətçisi olan muzeylərindən biri. Tarixi Kiasma Müasir İncəsənət Muzeyinin əsası 1998-ci ildə qoyulmuşdur. Muzeyin binasının layihələşdirilməsi və planlaşdırılması 40 il ərzində davam etdirilmişdir.
Muzey Helsinki şəhərinin mərkəzində, Mannerheyminaukino meydanında, marşal Mannerheymin abidəsinin yaxınlığında yerləşir. Kiasma Müasir İncəsənət Muzeyi Ateneum Bədii muzeyi, Sinebryuxov bədii muzeyi, Finlandiya mərkəzi Bədii Arxivi ilə birlikdə Finlandiya Milli Qalereyasının tərkibinə daxildir. Muzeyin eksponatları Muzeyin fondunda müasir incəsənətə aid 4 minə yaxın eksponat saxlanılır. Muzeyin eksponatlarından ibarət sərgilər hər il yenilənir, 4-cü və 5-ci mərtəbələrdəki müvəqqəti sərgilər il ərzində 3-4 dəfə dəyişdirilir. 2013-cü ildən muzeyə Rusiyadan gələn turistlərə eksponatlar haqqında məlumat rus dilində verilir http://yle.fi/uutiset/muzyei_sovremennogo_iskusstva_kiasma_zagovoril_po-russki/7219159 Музей современного искусства Киасма заговорила по-русски.2014.
Muzeyə 4 №-li tramvay, 15 №-li avtobus və metronun Rautatientori stansiyası vasitəsilə getmək mümkündür. Muzey həftənin III-V günləri saat 10:00-dan 23:00-dək, II və bazar günləri saat 10:00-dan 17:00-dək işləyir.
Rəhbərlik Pirkko Siitari (2010 - 31 mart 2015) Leevi Xaapala - 1 iyun 2015-ci ildən http://yle.fi/uutiset/novym_glavoi_muzyeya_sovremennogo_iskusstva_kiasma_izbran_lyeevi_khaapala/7873594Новым главой музея современного искусства Kiasma избран Лееви Хаапала. 2015)
Xarici keçid Официальный сайт О музее Киасма на официальном сайте Министерства иностранных дел Финляндии You Tube — экскурсия по музею Киасма
İstinadlar
Kateqoriya:Helsinki muzeyləri Kateqoriya:Müasir incəsənət muzeyləri Kateqoriya:1998-ci ildə yarananlar Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:Avropadakı incəsənət muzeyləri