Endi Uorhol muzeyi (ingilis dilində:he Andy Warhol Museum) — ABŞ-nin Pittsburq şəhərində Endi Uorholun həyat və yaradıcılığına həsr olunmuş pop-art-muzeyi. ABŞ-də bir incəsənət xadiminə həsr olunmuş ən iri muzey. Tarixi İlk dəfə bu muzeyin yaradılması haqqında plan 1989-cu ilin oktyabrında, Endi Uorholun ölümündən iki il sonra səslənmişdir To Get His Museum, Opening in '92 на сайте nytimes.com, 3 октября 1989,. 1993-cü ildə Tomas Armstronq gələcək muzeyin ilk direktoru təyin edilmişdir. Tomas Armstronq 1974-1990-cı illərdə Amerikada Vitni incəsənət muzeyinin direktoru vəzifəsində çalışmışdır Director Of Warhol Museum Is Chosen на сайте nytimes.com, 6 января 1993. Muzey binası kimi 1913-cü ildə Sendaski-Strit, 117 ünvanında yerləşən sənaye emalatxanasından istifadə etmişlər, binanın əsaslı təmirinə və yenidən qurulmasına 12 milyon ABŞ dolları sərf edilmişdir.
Muzey 13 may 1994-cü ildə açılmış, elə birinci il onun ziyarətçilərinin sayı 25 minə yaxın olmuşdur. 1 mart 1995-ci ildə Tomas Armstronq muzeyin direktoru vəzifəsindən kənarlaşdırılmışdır Warhol Museum Head Announces Resignation на сайте nytimes.com, 7 февраля 1995.
"Sənin üçün çox dözülməzdir" filmində ən həlledici səhnələrin Endi Uorhol muzeyində baş verməsi təsvir olunmuşdur.
Təsviri Endi Uorhol muzeyinin sahəsi 8200 m²-dir, 17 qalereyanı əhatə edən 7 mərtəbədən ibarətdir. Tamaşaçılara Endi Uorholun 900-yaxın şəkli, 77 heykəli, 400 foto isi, şəxsi əlyazmaları, 4350 video və kino kadrları, 30-dan çox pariki və başqa şəxsi əşyaları nümayiş etdirilir .Muzey tərəfindən 1996-cı ildən dünyanın müxtəlif ölkələrinin 153 şəhərində təşkil olunan 56 səyyar sərgisində 8 900 000 nəfər iştirak etmişdir . Muzeydə ştat üzrə 73 nəfər işçi çalışır Andy Warhol Museum looks to next chapter на сайте triblive.com, 5 декабря 2010.
İstinadlar
Xarici keçidlər Официальный сайт музея Музей Энди Уорхола Музей Энди Уорхола Музей Энди Уорхола Музей Энди Уорхола
Kateqoriya:ABŞ muzeyləri Kateqoriya:Müasir incəsənət muzeyləri Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:Bir rəssama həsr olunmuş muzeylər Kateqoriya:1994-cü ildə ABŞ-də yarananlar