Herbert Braun(; ) — amerikalı kimyaçı, Kimya üzrə Nobel mükafatı laureatı (1979).
Həyatı Amerika kimyaçısı Herbert Çarlz Braun 1912-ci ilin mayın 22-də Londonda anadan olmuşdur. 1938-ci ildə Çikaqo universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1943-cü ilə qədər orada, 1943–1947-ci illərdə Uens universitetində (Detroytda) işləmişdir. 1947-ci ildən İndiana ştatında Pradyu universitetində professor işləmişdir. Əsas tədqiqat sahəsi bor kimyası olmuşdur.
Herbert Braun Diboranın sintezinin sadə üsullarını işləyib hazırlamışdır. 1959-cu ildə doymamış üzvi birləşmələrin hidroborlaşması reaksiyasını kəşf etmişdir. Bu reaksiya kompleks borhidridlərin və ya diboranın B-H əlaqəsinin qırılması ilə ikiqat əlaqə yerindən (C=C, C=O, C≡C, C=N, C≡N) birləşməsindən ibarətdir. Bu reaksiyanın stereospesifik hidrogenləşmə üçün istifadə yolunu göstərmişdir. Etilen əlaqəsi üzrə birləşmə reaksiyasını tədqiq edərək müəyyən etmişdir ki, onlarda tetraedrik əlaqəli atomlar iştirak etdikdə keçid kompleksləri δ-elektronlar hesabına yaranır.
Herbert Braun 1953-cü ildə Luisə görə reagentin turşuluğundan asılı olaraq aromatik birləşmələrdə hidrogenin selektiv əvəzolunma qaydasını təklif etmişdir (Braunun selektivlik qaydası).
Braun 1979-cu ildə alman alimi Georq Vittiq ilə birlikdə "Mürəkkəb bor və fosfora malik üzvi birləşmələrin yeni sintez üsullarını işləyib hazırladığına görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
İstinadlar
Həmçinin bax Nobel mükafatı
Kateqoriya:ABŞ kimyaçıları Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:Londonda doğulanlar