Antisipasiya ( – qabaqcadan duyuram, ürəyimə damır) – qabaqgörənlik, bir şey haqqında qabaqcadan yaranmış təsəvvür. Hadisənin gedişatını qabaqcadan xəbər vermək.

Fəlsəfə və psixologiyada antisipasiya — qavrayış aktından əvvəl baş verən, predmeti və ya hadisəni qabaqcadan görmə, təxmin etmə, onun haqqında təsəvvürə malik olma, hadisənin baş verəcəyini gözləmə. Bu, hər hansı bir prosesin real nəticəsi əldə olunmazdan əvvəl onun haqqında yaranan və hərəkətin icrasında əks-əlaqə vasitəsi rolunu oynayan təsəvvürdür.

İqtisadiyyatda antisipasiya — vergi və ya rüsumların qanunla nəzərdə tutulmuş müddətdən əvvəl tutulması, yaxud ödənişlərin qanun və ya müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl həyata keçirilməsi. Xüsusilə: veksel üzrə faizlər nəzərə alınmaqla, ödəyici tərəfindən riski öz üzərinə götürməklə edilən erkən ödənişdir.

Tibbdə antisipasiya — xəstəlik əlamətlərinin adətən baş verdiyindən daha erkən ortaya çıxması.

Astronomiyada antisipasiya — ulduzların görünən, xəyali irəliləmə hərəkəti.

Dilçilikdə antisipasiya — ardıcıllıqda gələn növbəti dil formasının özündən əvvəlki formaya təsir göstərməsi.

Həmçinin bax Qabaqcadan görmək

İstinadlar

Kateqoriya:Fəlsəfi terminlər Kateqoriya:Psixoloji anlayışlar Kateqoriya:Emosiyalar