Oğlan evi (tam adı: Oğlan evi və ya Azərbaycansayağı qarət) — rejissor İlham Qasımovun 2015-ci ildə çəkdiyi Azərbaycan komediya filmi. Qasımovun rejissor kimi ilk tammetrajlı filmidir; ssenarini DJ Fateh ilə birlikdə yazıb. Baş rollarda Fərda Amin və İslam Mehrəliyev çəkilib. Filmin davamı olan "Oğlan evi 2" 2016-cı ildə çəkilib.

Süjet Film aldadılaraq eyni evin bir neçə nəfərə satılmasından bəhs edir. Sovetskidə evi sökülmüş Alik və evlənməyə hazırlaşan Ramin dələduzluğun qurbanı olurlar. Onları aldadan Valid Hüseynov isə oğlunun toyuna hazırlaşır. Bunu öyrənən qəhrəmanlar pullarını geri qaytarmaq üçün ən qeyri-adi yolu seçirlər.

İstehsal və nümayiş İlham Qasımovun sözlərinə görə, ssenari üzərində iş təxminən beş yarım ay çəkib; müəlliflər yumoru söyüşə deyil, situasiya komediyasına əsaslandırmağa çalışıblar. Film 2015-ci ilin sonunda Azərbaycan kinoteatrlarında nümayiş olunub. Rejissor nümayiş dövründə Cem Yılmazın komediyasının və "Ulduz müharibələri" filminin də ekranlara çıxmasının tamaşaçı axınına müəyyən qədər təsir etdiyini, buna baxmayaraq kassa göstəricilərinin qarşıya qoyulan məqsədə çatdığını bildirib.

Qarşılanma Film sonradan YouTube-da yayımlanıb və platformada ən çox baxılan videolardan birinə çevrilib. Bu səbəbdən 2017-ci ildə "Bomba" sosial media mükafatlandırma mərasimində İlham Qasımov "Oğlan evi"nə görə mükafata layiq görülüb.

Davamı Hələ 2016-cı ilin əvvəlində rejissor filmin davamının çəkilməsinin planlaşdırıldığını bildirmişdi. "Oğlan evi 2" 2016-cı ildə ekranlara çıxıb.

Rollarda

Fərda Amin İslam Mehrəliyev Elcan Rəsulov Abbas Qəhrəmanov Xumar Səlimova Elşən Hacıbabayev Qurban Məsimov Elşən Çahrani Tural Ağasıyev Yadigar Muradov Zülfiyyə Məmmədova Taleh Yüzbəyov Kənan İsmayılov Anar Seyfullayev Beyrək Rüstəmzadə Kəbir Kərimov Emil Sevdimalıyev Xəyyam Nisanov Mətanət Əliverdiyeva DJ Fateh Fidan Musayeva

İstinadlar

Xarici keçidlər Filmin rəsmi Facebook səhifəsi Filmin treyleri — Kintamani Film-in YouTube kanalında

Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Azərbaycan filmləri