Verona Müasir İncəsənət Qalereyası (italyan dilində:Galleria d'arte moderna) — İtaliyanın Verona şəhərində bələdiyyə muzeyi. Ümumi məlumat Muzey XVIII əsrdə tikilmiş Emilei-Forti sarayında yerləşir. Bina XX əsrin ortalarında arxitektor İqnatsio Pelleqrinonun iştirakı ilə əsaslı şəkildə bərpa olunmuşdur. Bu binada Akillie Forti tərəfindən yaradılmış müasir incəsənət qalereyası yerləşdirilmişdir. Muzeyin açılışı 14 mart 1982-ci ildə baş vermişdir.
Muzeyin kolleksiyasına Covanni Dyuprenin, Medardo Rossonun, Antonio Rotta, Cakomo Mantsunun, Covanni Fattorinin, Emilio Vedovanın, Ottone Rozainin, Filippo de Pizisin və başqalarının əsərləri daxildir. Kolleksiya şəhər bələdiyyəsinin fəal fəaliyyəti nəticəsində ardıcıl olaraq yeni eksponatlarla zəşginləşdirilir.
Mənbə Ренцо Кьярели. Верона. — Флоренция: Bonechi Edizioni, 2006. — С. 38. — ISBN 88-7204-523-1. Xarici keçid Homepage der Galleria d'arte moderna Palazzo Forti (italienisch/englisch) Galleria d'arte moderna Palazzo Forti auf www.kunstaspekte.de (deutsch) Galleria d'arte moderna Palazzo Forti auf www.artdreamguide.com (italienisch)
Kateqoriya:Verona muzeyləri Kateqoriya:Müasir incəsənət muzeyləri