Sərdar Həsənov () — Azərbaycanı təmsil edən ağır atlet.

Karyerası Sərdar Həsənov 2008-ci ildə Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Sərdar Həsənov birdən qaldırma mərhələsini 128-lıq nəticə ilə başa vurdu. Təkanla qaldırma turnirində isə Sərdar Həsənov mərhələni nəticəsiz başa vurdu. Bununla belə 2016-cı ilin iyulunda Sərdar Həsənovun qanında dopinq tapıldığına görə onun nəticələri ləğv edildi.

Daha sonra Sərdar Həsənov 2012-ci ildə Azərbaycanı Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Sərdar Həsənov ümumi nəticədə 321 (145+176) nəticə göstərdi və London Olimpiadasını 8-ci pillədə başa vurdu. Bununla belə bir neçə il sonra Sərdar Həsənovun həmin nəticələri dopinqdən istifadə elədiyinə görə ləğv edildi.

Sərdar Həsənov 2013-cü ildə Albaniyanın Tirana şəhərində baş tutan Avropa Çempionatının gümüş medalına sahib oldu. Amma bir neçə il sonra Sərdar Həsənovun həmin nəticələri dopinqdən istifadə elədiyinə görə ləğv edildi.

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi ağır atletləri Kateqoriya:Azərbaycanın olimpiya ağır atletləri Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Bakıda doğulmuş idmançılar