Bronks əhvalatı () — Robert de Nironun 1993-cü ildə çəkdiyi və özündə qanqster, dram və döyüş kimi janrları cəmləşdirən ABŞ filmidir. Film Robert de Nironun rejissor kimi debüt işidir. O, filmi atasının xatirəsinə həsr etmişdir.

Film Çezz Palminterinin (əsl adı Kalocero Lorenso Palminteri) avtobioqrafik pyesi əsasında ekranlaşdırılıb. İlk zamanlar müəllif kitabın ekranlaşdırılması üçün müəllif hüquqlarını satmaqdan imtina edirdi. O, yalnız Robert de Nironun ona filmin ssenari müəllifi olmağı və filmdə baş rollardan birini oynamağı təklif etməsindən sonra əsərin müəllif hüquqlarını satmağa razılaşıb.

Məzmun

Film atası (Robert de Niro) sadə avtobus sürücüsü işləyən, İtaliyanın Bronks məhəlləsindən olan Kalocero adlı oğlan haqqındadır. Uşaqlıqda Kalocero yerli qanqsterlərin başçısı olan Sonninin (Çezz Palminteri) törətdiyi qətlin şahidi olur, ancaq o, polisə yalan məlumatlar verir, nəticədə cinayətkar Sonni azadlıqda qalır. Uşağı olmayan Sonni, Kaloceronu öz himayəsinə götürür. Bununla da Kalocero sanki iki ata tərbiyəsi ilə böyüməli olur, lakin doğma atası Sonninin onun oğluna verdiyi dərsləri bəyənmir.

Gənc oğlan olduqdan sonra, Kalocero digər ictimai problem ilə üzləşir, belə ki, onun italyan məhəlləsindən olan dostları afroamerikan məhəlləsindən olan gənclərlə mübahisə edirlər, məhz belə bir zamanda Kalocero həmin məhəllədən olan mulat Ceyn Vilyamsla görüşməyə başlayır. İtaliyalı yeniyetmələr afroamerikalıların yaşadığı məhəlləyə hücum etmək istəyirlər, ancaq bu hücum onlar üçün faciə ilə bitir.

Filmin sonunda Sonni ölür. Kalocero mafiya başçısının dəbdəbəli dəfn mərasiminə gəlir, bu zaman ona ata kimi olan Sonni ilə təklikdə vidalaşmağa imkan yaradılır. Kaloceronun qarşısında həyat yolunun seçimi ilə bağlı yenidən çətin məsələ dayanır.

Rollarda Robert de Niro — Lorenso Anello Çezz Palminteri — Sonni LoSpekko Lillo Brankato — Kalocero "Si" Anello (17 yaşında) Frensis Kapra — Kalocero Anello (9 yaşında) Taral Hiks — Ceyn Vilyams Ketrin Narduççi — Rozina Anello Klem Kazerta — Cimmi "Pıçıltı" Co Peşi — Karmayn

İstinadlar

Xarici keçidlər

Bronks əhvalatı Allmovie saytında

Kateqoriya:1993-cü ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Robert De Nironun filmləri Kateqoriya:ABŞ-nin cinayət dram filmləri Kateqoriya:Ata-oğul münasibətlərindən bəhs edən filmlər Kateqoriya:ABŞ-də irqçilik haqqında filmlər Kateqoriya:ABŞ-nin qanqster filmləri Kateqoriya:İngilis dilində cinayət dram filmləri Kateqoriya:İrq və etnik mənşə haqqında filmlər Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:Pyeslərə əsaslanan ABŞ filmləri Kateqoriya:Real hadisələr əsasında çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:İtalyanca filmlər