thumb|right|250px thumb|right|250px|Tsuşimada liman Tsuşima () — Yapon dənizində yerləşən ada.На картах Роскартографии и ГУГК СССР обозначается как "о-ва Цусима", а северная и южная половина обозначены как отдельные острова. См. например Малый атлас мира, М.: ГУГК СССР, 1989 и Атлас мира, М.: Роскартография, 2000. — ISBN 5-85576-095-2. İnzibati cəhətdən Yaponiyanın Naqasaki prefekturasına daxildir. 1872-ci ilə qədər müstəqil Tsuşima vilayəti ərazisinə daxil olmuşdur. Ada Koreya boğazında Cənubi Koreyahttps://en.wikipedia.org/wiki/Korea_Strait International name commonly used in English is Korea Strait ilə sərhəddə yerləşir. Ümumi sahəsi 696,3 km², əhalisi 34,4 min nəfər təşkil edir.

Tarixi 1900-cü ilə qədər Tsuşima bir adadan ibarət olmuşdur. Sonradan Aso kanalı ilə ada iki yerə bölünmüşdür. Şimal hissədə yerləşən ada Kaminosima, cənubda yerləşən ada isə Simonosima adlanır. Tsuşima adası ətrafında yerləşən kiçik adalar onun ərazisinə daxildir. İki adanı yanız körpü birləşdirir.

Ada yapon quldurlarının mərkəzi olmuşdur. Onların fəaliyyətinə qarşı 1419-cu ildə Koreya imperatoru tərəfindən Tsuşimaya hücum təşkil edilmişdir.

Tsuşima münaqişəsi 1861-ci ildə rus korveti "Posadnik" 8 aydan artıq Tatamur körfəzində dayanmışdı. Bir müddət sonra onlar adanın şimalını ələ keçirə bilirlər. Burada ruslar tərəfindən müvvəqəti yaşayış məntəqi salınır. Bu Yaponiyanın mərkəzi hökumətini narahat edirdi. Yaponlar mövcud vəziyyət barədə Britaniya vitse admiralı Ceyms Houpa məlumat verilir. Onlar rusların bölgədə olması Britaniyanın ticarətinə zərbə vura biləcəyi ilə xəbərdarlıq edirlər. Yaponiya və britaniya ruslara diplomatik təziqlər göstərməyə başlayırlar.

27 may 1905 il Rus-yapon müharibəsi ən mühüm döyüşü olan Tsuşima döyüşü baş vermişdir.

İqtisadiyyat Adanın əsas gəlir mənbəyi balıq və dəniz məhsulları təşkil edir. Üstəlik adada turizm inkişaf etmişdir. Adanın mərkəzi eyni adlı Tsuşima şəhəridir. Şəhər 7 qəsəbənin birləşdirilməsi ilə yaradılmışdır.

İstinadlar

Mənbə Андрей Ланьков, "Цусима — это остров ". Опубликовано в журнале "Восточная коллекция" № 3/2005 Tsuşima. Tsuşima döyüşünün təfaruvatları.

Kateqoriya:Tsuşima Kateqoriya:Naqasaki prefekturasının adaları Kateqoriya:Yapon dənizi adaları