Fiziki kəmiyyət — cismin və ya hadisənin təcrübədə ölçülə bilən xarakteristikasıdır. Hər bir fiziki kəmiyyətin öz adı, işarəsi, vahidləri, simvolu və s. vardır. Uzunluq, həcm, zaman, sürət, qüvvə, temperatur, tutum, kütlə və s. bunlara aiddir.
Fiziki kəmiyyətlər Uzunluq Həcm Sahə Kütlə Qüvvə Sıxlıq Zaman Sürət Temperatur Cərəyan şiddəti İşıq sürəti
Vahidlər Uzunluq vahidləri: Millimetr Santimetr Destimetr Metr Kilometr Meqametr
Kütlə vahidləri Milliqram Qram Kiloqram Sentner Ton
Temperatur vahidləri Selsi Kelvin Tutum vahidləri Millilitr Litr
Zaman vahidləri Saniyə Dəqiqə Saat Sutka
Skalyar və vektorial kəmiyyətlər
Skalyar kəmiyyətlər yalnız ədədi qiyməti olan, istiqaməti olmayan kəmiyyətlərdir.
Vektorial kəmiyyətlər həm ədədi qiyməti, həm də istiqaməti olan kəmiyyətlərə deyilir.
Kateqoriya:Fiziki xassələr