Georq Hazai (; ) — Macarıstan alimi, türkoloqu, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü, Şərq və Asiya Tədqiqləri Beynəlxalq Cəmiyyətinin () prezidenti, professor.

Həyatı Georq Hazai 1932-ci ildə Budapeşt şəhərində anadan olmuşdur. 1950-ci ildə ali təhsilini Budapeşt Lorand Universitetinin Sənət və Bəşər Elmləri fakültəsində aldıqdan sonra 1954-cü ildə məzun oldu. Məzun olduqdan sonra 1954–1955-ci illərdə Bolqarıstanda türk dialektlərini öyrənmişdir. Macar baş naziri Mikloş Nemetin hakimiyyəti dövründə Hazai Türkiyənin Sofiya Universitetinə qonaq kimi dəvət edilmiş və burada 1956–1957-ci illər ərzində türkologiya dərsləri keçmişdir. Bundan başqa Hazai türk dili haqqında olan dissertasiya işini də burada tamamlamışdır.

Fəaliyyəti 1963-cü ildə Georq Hazai elmi tədqiqatlarını davam etdirmək məqsədilə Berlin şəhərinə köçmüşdür. 1966-cı ildə isə Macarıstan Elmlər Akademiyasında doktorantura təhsilini başa vurdu. 1983-cü ildə yenidən Macarıstana qayıdan Hazai 8 il müddətində Macarıstan Elmlər Akademiyası Nəşriyyat Evinin rəhbəri vəzifəsini icra etmişdir. 1992-ci ildə Kipr Univeristetinin Türkologiya fakültəsinin rəhbəri seçilən Hazai 2000-ci ilə qədər Kiprdə yaşamışdır. Həmin il Budapeştə qayıdaraq Andraşi Universitetinin pro-rektoru vəzifəsini 3 il müddətində icra etmişdir.

Elmi araşdırmaları Hazai 60 illik fəaliyyəti müddətində 20-ə yaxın kitab, 300 elmi məqalə yayımlamışdır. Alimin türk dili və ədəbiyyatı ilə bağlı türk-macar, macar-alman dillərinə tərcümə etdiyi əsərləri ona beynəlxalq arenada böyük nüfuz qazandırmışdır.

Mükafatları 2001-ci ildə Türkiyə Elmlər Akademiyasının fəxri üzvü seçilən Georq Hazai 2014-cü ildə dönəmin Türkiyə prezidenti Abdullah Gül tərəfindən "Ləyaqət" nişanı ilə mükafatlandırılmışdır.

İstinadlar

Kateqoriya:Macarıstan alimləri Kateqoriya:Macarıstan şərqşünasları Kateqoriya:1932-ci ildə doğulanlar Kateqoriya:2016-cı ildə vəfat edənlər