Əbdürrəhman xan() (1545-ci ildən sonra ölüb) —Əbdülkərim xanın yeganə oğlu, 1533-1537-ci illərdə və 1539-1545-ci illərdə Həştərxan xanlığının hakimi.
Həyatı
Əbdürrəhman xan 1533-cü ildə noğayların yardımı ilə Ağgöbək xanı devirib taxta əyləşdi. 1537-ci ildə həmin ordanın səyi ilə taxtdan endirildi. Onun yerinə Dərvişəli xan əyləşdirildi.1539-cu ildə hakimiyyətini qaytardı.
Əbdürrəhman xan 1545-ci ildə noğaylar tərəfindən taxtdan kənarlaşdırıldı. Sonrakı taleyi məlum deyil.
Həmçinin bax
Həştərxan xanlığı Əbdülkərim xan
Kateqoriya:Həştərxan xanları Kateqoriya:XVI əsrdə vəfat edənlər