Cırtdan lamantin (Trichechus "pygmaeus")William. (2008). Interview with Marc van Roosmalen. aquaticcommunity.com. Accessed November 09, 2009. — Lamantinlərə daxil edilən növ Amazon çayının Aripuanam qolunun hövzəsində yaşayırvan Roosmalen, M. G. M. A new species of living manatee from the Amazon. . Accessed on March 15, 2008.. Mark van Rusmalenın sözlərinə görə bu canlılar çayın dayazlıqlarında yaşayır və müxtəlif yosunlarla qidalanır. Amazon lamantinləri isə daha dərin ərazilərdə yaşayırlar. Bu canlılar çay boyunca miqrasiya edirlər. Onların kiçik arealda yayılması saylarının azlığı və nəslinin kəsilmə ehtimalını artırır. Ancaq bu Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən təstiqlənməmişdir.International Union for Conservation of Nature (2008). IUCN Red List . Accessed November 09, 2009.
Cırtdan lamantinlər 130 sm uzunluğa və 60 kq çəkiyə malik olurlar. Bu canlılar Sirenlər dəstəsinə aid ən kiçik canlılardır. Tünd rəngə malikdir. Demək olar ki, qaradır. Üzərində ağ nöqtələr vardır. Bəziləri bu canlıları Amazon lamantinlərinin balaları olmasını hesab edirlər. Ancaq bu təstiqini tapmamışdır. DNK analizləri bu canlıların bir-birinə, çox yaxın olduğunu isbat etmişdir. Mutatsiya 485000 il öncə baş vermişdir. Deril Domninq bu canlıların Amazon lamantinlərinin yetkinləşməmiş və cırlaşmış variatı hesab edirTrials of a Primatologist. smithsonianmag.com. Accessed 2008-07-27.
Bu növünə "Trichechus pygmaeus" latın adı verilmişdir. Bununla belə bu növ rəsmən qəbul edilmir.International Code of Zoological Nomenclature. 4th edition. Accessed November 09, 2009. Orijinal təsviri təqdim olunsa da, qəbul olunmayıb. Lakin sonda 2015-ci ildə "Biodiversity Journal"da dərc olunub
İstinadlar
Xarici keçidlər
Sirenlər (New Dwarf Manatee) (Multiple new species of large, living mammal (part II)) Wildlife Extra
Kateqoriya:Lamantinlər Kateqoriya:Sirenlər Kateqoriya:Cənubi Amerika məməliləri