Syuci Nakamura () — yarımkeçiricilər sahəsində ixtisaslaşan yapon mənşəli amerikalı elektronika mühəndisi və ixtiraçısı. Santa-Barbara Kaliforniya Universiteti Mühəndislik kollecinin Materiallar fakültəsinin professoru olan Syuci Nakamura işıqlanma texnologiyasında əhəmiyyətli bir irəliləyiş olan göy işıq diodunun ixtiraçısı hesab olunur. İsamu Akasaki və Hirosi Amano ilə birlikdə o, "parlaq və enerjiyə qənaət edən ağ işıq mənbələrinin meydana çıxmasına göstərilən səmərəli göy işıq diodlarının ixtirasına görə" 2014-cü ildə Fizika üzrə Nobel Mükafatı ilə təltif olunanlardan biridir.

Karyerası Nakamura elektronika mühəndisliyi ixtisası üzrə 1977-ci ildə bakalavr dərəcəsini alaraq Tokuşima Universitetini bitirib. İki il sonra eyni sahə üzrə magistr dərəcəsini əldə edən Nakamura Tokuşimada yerləşən Nichia Corporation şirkətinə qoşulub. Nichia şirkətində işləyərkən o ilk yüksək parlaqlığa malik qalium nitrid işıq diodunu kəşf etdi.

O, 1994-cü ildə Tokuşima Universitetində doktorluq dərəcəsini aldı. 1999-cu ildə Nichia Corporation şirkətini tərk edib Santa-Barbara Kaliforniya Universitetində mühəndislik üzrə professor vəzifəsində işləməyə başladı.

Nakamura həmçinin yaşıl işıq diodları üzərində işləyirdi və Blu-ray Disc və HD DVD disklərdə istifadə olunan ağ işıq diodları və göy lazer diodlarının yaradılmasına görə məsuliyyət daşıyırdı.

Mükafatlar 2001-ci ildə beş yapon xalq qəzetindən biri olan Asahi mükafatını təqdim edilib.  2002-ci ildə Franklin İnstitutu tərəfindən Fizika üzrə Bencamin Franklin medalı təqdim edilib.  2006-cı ildə ucuz və daha səmərəli işıq mənbələrinin əldə etmək üçün davamlı səylərinə görə Finlandiyanın Minilliyin texnologiya mükafatı təqdim edilib.Shuji Nakamura wins the 2006 Millennium Technology Prize   2007-ci ildə Avropa Patent Ofisi tərəfindən Avropa İxtiraçı mükafatı ilə mükafatlandırılıb.  2008-ci ildə texniki və elmi axtarışlarına görə Asturiya Şəhzadəsi mükafatını qazanıb.Prince of Asturias Awards for Technical and Scientific Research . 2008-ci ildə Honkonq Elm və Texnologiya Universitetinin Mühəndislik Doktoru fəxri dərəcəsi alıb.  2009-cu ildə İsraildə Texnion - İsrail Texnoloji İnstitutunun Harvi mükafatı ilə təltif olunub.  2014-cü ildə göy işıq diodlarının ixtirasına görə İsamu Akasaki və Hirosi Amano ilə birlikdə Fizika üzrə Nobel mükafatını qazanıblar.  2015-ci ildə enerjiyə qənaət edən ağ işıq diodları texnologiyasının inkişafı, kommersiyalaşdırılması və ixtirasına görə Qlobal Enerji mükafatı ilə təltif olunublar.

İstinadlar

Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Yaponiya akademikləri Kateqoriya:Yaponiya elektrik mühəndisləri Kateqoriya:Yaponiya ixtiraçıları Kateqoriya:Yaponiyalı Nobel mükafatı laureatları Kateqoriya:Yaponəsilli amerikalılar Kateqoriya:Yaponiya fizikləri Kateqoriya:Yaponiyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:ABŞ fizikləri