Namiq Ələsgərov () — Azərbaycan futbolçusu, Misli Premyer Liqasında çıxış edən "Kəpəz"in hücumçusu.
Klub karyerası Namiq Ələsgərov 1995-ci ildə Azərbaycanın Qusar rayonunun Çiləgir kəndində anadan olmuşdur. Qusar şəhər 214 nömrəli tam orta məktəbdə təhsil almışdır. İki qardaşı var.Namiq Ələsgərov: «İdealım Ronaldodu» Futbolla ilk dəfə Qusarın "Şahdağ" klubunda məşğul olmağa başlamış, daha sonra Bakıda fəaliyyət göstərən "Azəri" klubuna keçmişdir. Premyer Liqada debütünü 11 may 2012-ci il tarixində Bakının "İnter" klubuna qarşı keçirilən oyunda 69-cu dəqiqədə əvəzetmədən meydana daxil olaraq gerçəkləşdirmişdir.
2012/2013-cü illər mövsümündə 2 oyunda çıxış etmişdir. Premyer Liqada ilk qolunu 29 mart 2014-cü il tarixində "Simurq" klubunun qapısından keçirmişdir. 2013/2014-cü illər mövsümündə keçirdiyi 15 oyunda 2 qol vurmuşdur.
Qarabağ "Bakı" klubunun altı ay ərzində əməkhaqqını ödəməməsi səbəbindən "Qarabağ"a keçmişdir.
Avrokuboklarda debütünü 2014/2015-ci illər Avropa Liqasının qrup mərhələsində Fransanın "Sent-Etyen" klubuna qarşı oyunda 70-ci dəqiqədə meydana daxil olaraq etmişdir. Avropa Liqasının 2014/2015-ci illər qrup mərhələsində ümumilikdə 5 oyun keçirmişdir. Azərbaycan çempionatının 2014/2015-ci illər mövsümündə 18 oyunda iştirak edərək 1 qol vurmuşdur. 28 fevral 2015-ci il tarixində "Qəbələ" ilə oyunda öz qapısına qol vurmuşdur. Bu, matçda vurulan yeganə qol olmuşdur.
2015/2016-cı illər mövsümündə icarə əsasında "Kəpəz" klubunda çıxış edərək keçirdiyi 15 oyunda 3 qol vurmuşdur. 14 fevral 2016-cı il tarixində "Qarabağ"ın qapısına qol vurmuşdur.
"Qarabağ"a qayıtdıqdan sonra 2016/2017-ci illər mövsümünün 20 oyununda 2 qol müəllifi olmuşdur. Ələsgərov 2016/2017-ci illər Avropa Liqasında 3 oyunda iştirak etmiş, bunlardan 2-sində 90-cı dəqiqədə əvəzetmədən meydana daxil olaraq 1 dəqiqə oynamışdır.
Ələsgərov 26 dekabr 2016-cı ildə "Qarabağ"dan ayrılıb.
Neftçi 27 dekabr 2016-cı ildə "Neftçi" PFK ilə müqavilə bağlayıb.
2017/2018-ci illər mövsümündə çempionat və kubok daxil olmaqla keçirdiyi 32 oyunda 6 qol vurmuş və 2 məhsuldar ötürmə etmişdir.
2018/2019-cu illər mövsümündə 26 matçda 4 qol vurmuş və 4 məhsuldar ötürmə müəllifi olmuşdur.
2019/2020-ci illər mövsümündə yeganə qolunu Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Bney Yehuda" klubuna qarşı keçirilən oyunda vurmuşdur. Ümumilikdə 2019/2020-ci illər mövsümündə çempionat, kubok və Avropa Liqası çərçivəsində 24 matçda meydanda olmuşdur. 28 iyul 2020-ci ildə Ələsgərov "Neftçi" ilə müqaviləsini yaya qədər uzadıb.
2020/2021-ci illər mövsümü karyerasının en uğurlu dönəmi olmuşdur. Azərbaycan çempionatının yekunlarına əsasən, Namiq Ələsgərov 26 oyunda vurduğu 19 qolla turnirin ən yaxşı bombardiri seçilmişdir..
2020/2021-ci illər Avropa Liqasının təsnifat mərhələsində 2 oyunda iştirak etmişdir.
2021/2022-ci illər mövsümünə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunları ilə başlamış və Tbilisi "Dinamo"suna qarşı keçirilən hər iki qarşılaşmada fərqlənərək ümumilikdə 2 qol vurmuşdur.
Bursaspor 2021-ci ilin avqust ayından 2022-ci ilin iyun ayınadək Türkiyə Birinci Liqasında çıxış edən "Bursaspor" klubunda oynamışdır. Bu heyətdə 32 oyunda meydana çıxaraq 6 qol vurmuş və 6 məhsuldar ötürmə etmiş, Türkiyə Kuboku çərçivəsində isə 1 oyunda iştirak etmişdir.
Mövsümün sonunda "Bursaspor" turnir cədvəlində 16-cı yeri tutaraq Birinci Liqanı tərk etdiyi üçün klubdan ayrılmışdır. Türkiyə futbol reqlamentinə əsasən, İkinci Liqa klublarında legioner futbolçuların çıxış etməsinə icazə verilmir.
Sabah 1 iyul 2022-ci il tarixindən etibarən "Sabah" klubunda çıxış etmişdir.
Zirə 5 avqust 2025-ci il tarixində "Zirə" klubuna keçmiş, 7 avqust 2026-cı il tarixində isə müqaviləsinə xitam verilmişdir.
Kəpəzə qayıdış 10 avqust 2026-cı ildə "Kəpəz" ilə birillik müqavilə imzaladı.
Beynəlxalq karyerası Ələsgərov 28 mart 2015-ci ildə Malta ilə oyunda Azərbaycan millisində debüt etdi.
Statistika MövsümKomandaLiqaLiqaKubokUEFACəmiOyunQolOyunQolOyunQolOyunQol2011/2012 Bakı FKAzərbaycan Premyer Liqası3000——302012/2013600000602013/201420230——2022014/2015 Qarabağ Ağdam22130703212015/201600100010 Kəpəz Gəncə42————42Ümumi5557070695
Azərbaycan millisi SıraTarixStadionRəqibHesabQolYarış128 mart 2015Tofiq Bəhramov adına Respublika Stadionu Malta2-00Avropa Çempionatı 2016, S/M
Uğurları
Klub Qarabağ Azərbaycan Premyer Liqası Qalib (2): 2014/15, 2016/17 Neftçi Azərbaycan Premyer Liqası Qalib (1): 2020/21
Şəxsi Azərbaycan Premyer Liqasının bombardirləri Qalib (1): 2020/21
İstinadlar
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan ləzgiləri Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Bursaspor futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular