Savalan Mirzə oğlu Mirzəyev (; ) — Gürcüstan dövlət və ictimai-siyasi xadimi, Gürcüstan Parlamentinin 9 və 10-cu çağırış deputatı. O, Gürcüstan Baş Nazirinin Müşaviri, 2009–2013-cü illərdə Gürcüstan Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirinin Müşaviri olmuşdur.

Həyatı Savalan Mirzə oğlu Mirzəyev 29 avqust 1986-cı ildə Gürcüstan SSR-in Qardabani rayonunun Qaratəhlə kəndində ziyalı ailəsində dünyaya gəlib.

2007-ci ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib.

İctimai-siyasi fəaliyyəti Savalan Mirzəyev 12 iyun 2013-cü ildə Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin milli azlıqların məsələləri üzrə müşaviri təyin edilib.

İstinadlar

Mənbə Savalan Mirzəyev: Azərbaycanlılar Gürcüstanda gücə malik olduqlarını artıq göstərib — www.amerikaninsesi.org Savalan Mirzəyev: "İvanişvili Azərbaycanın Gürcüstan üçün önəmli strateji dövlət olduğunu vurğulayıb"- www.gun.az

Kateqoriya:Borçalıda doğulanlar Kateqoriya:Gürcüstan siyasətçiləri Kateqoriya:Gürcüstan parlamentinin deputatları