Stolbovoy adası — Yeni Sibir adalarının cənub-qərbində yerləşir. Sahillərini Laptevlər dənizi yuyur. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada Ust-Lenski qoruğu ərazisinə daxil edilmişdir.
Sahəsi 170 km²-dir. Skalistiy burnunundan Povorotnıy burnuna qədər məsafə 46 km-dir. Ən minimal eni 10 km təşkil edir. Ada əsasən qranitdən təşkil olunmiuşdur. Ən hündür nöqtəsi 222 metr təşkil edir. Bəzi yerlərdə hündürlüyü bəzi yerlərdə 100 metri keçir. Tundra geniş sahə tutur. Adanın ən böyük gölü Melkoye, ən uzun çayı Stolbovoy çayıdır (13 km) 1690-ci ildə adaya boyar oğlu olan Maksim Muxoplyov ayaq basır. O, adada olarkən burada çoxlu sayda xaçlar aşkarlayır. Ehtimal ki, ruslar adaya hələ 1690-ci ildən dəfələcə öncə gəlmişlər. S.Remezov adanı “Krestovoy” olaraq qeydə alırМагидович В. И., Магидович И. П. Очерки по истории географических открытий. т. 3. М., 1984. С. 215.
Adanın şimal-qərbində sovet meteoroloji stansiyası fəaliyyət göstərirdi. 2012-ci ildə stansiyanın nəzdində QLONASS/GPS stansiyası qurulmuşdur.
Şəkillər
İstinadlar
Kateqoriya:Laptevlər dənizi adaları Kateqoriya:Lyaxovski adaları Kateqoriya:Laptevlər dənizinin yaşayış olmayan adaları Kateqoriya:Yeni Sibir adaları arxipelaqının adaları Kateqoriya:Yakutiyanın yaşayış olmayan adaları