thumb|right|"Steins;Gate"-in ilk Blu-ray diskinin üz qabığı (üzərindəki personaj Makise Kurisu). Steins;Gate seriyalarının siyahısı — 2011-ci ildə yayımlanmış anime serialı "Steins;Gate"-in seriyalarının siyahısı. "Steins;Gate" 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş eyniadlı vizual romanın anime adaptasiyasıdır. Anime serialı Rintaro Okabe adlı çılğın alimin dostları ilə keçmişə mesaj göndərə bilən mikrodalğalı soba ixtira etməsindən və müxtəlif zaman xətlərində səyahət etməsindən bəhs edir.
White Fox studiyası tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 6 aprel 2011-ci ildən 13 sentyabr 2011-ci ilə qədər yayımlanmışdır və Crunchyroll vasitəsilə göstərilmişdir. 22 fevral 2012-ci ildə sonuncu BD/DVD cildi ilə bir OVA seriyası da buraxılmışdır. Funimation Entertainment serialın seriyalarını Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Anime serialında iki parça mahnıdan istifadə edilmişdir; açılış mahnısı "Hacking to the Gate" (Kanako İto), bağlanış mahnısı (Yui Sakakibara) olmuşdur. 23-cü seriyada vizual romanın Xbox 360 üçün olan versiyasında açılış mahnısı olan və Kanako İto tərəfindən ifa olunan mahnısından istifadə edilmişdir. IBM-nin əməkdaşlığı "Steins;Gate: Sōmei Eichi no Cognitive Computing" adlanan və 4 qısa seriyadan ibarət OVA serialı çəkilmişdir. 2 dekabr 2015-ci ildə "Steins;Gate 0" vizual romanını və yeni anime adaptasiyasını təbliğ etmək məqsədi ilə 23-cü seriyanın alternativ versiyası yayımlanmışdır.
Seriyaların siyahısı № Başlıq Yayımlanma tarixi
Steins;Gate: Sōmei Eichi no Cognitive Computing (ONA, 2014) № Başlıq Yayımlanma tarixi
İstinadlar
Həmçinin bax Steins;Gate: Fuka Ryōiki no Déjà vu — anime serialının tammetrajlı anime adaptasiyası Chaos;Head seriyalarının siyahısı Robotics;Notes seriyalarının siyahısı
Kateqoriya:Anime seriyalarının siyahıları Kateqoriya:Steins;Gate