Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxildir.

Dəniz Nəqliyyatı Donanması müxtəlif təyinatlı yüklərin və sərnişinlərin daşınmasını həyata keçirir, rabitə, radiomərkəz və elektroradionaviqasiya üzrə müxtəlif xidmətlərin göstərilməsini təşkil edir, gəmilərin yüklənib-boşaldılmasını və yedək əməliyyatlarını, dibdərinləşdirmə işlərini aparır, habelə dəniz yolları naviqasiya işarələrinin yerləşdirilməsini və onların saz vəziyyətdə saxlanılmasını təmin edir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür.

Dəniz Nəqliyyatı Donanmasının strukturuna Quru yük liman məntəqəsi, Gəmi təmiri emalatxanası, Gəmi dalğıc və xilasetmə vasitələrinə xidmət üzrə stansiya və nəqliyyat gəmiləri daxildir.

Həmçinin bax Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Azərbaycan Dövlət Dəniz Akademiyası Xəzər Dəniz Neft Donanması Caspian Marine Services Limited Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti

Kateqoriya:Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi