Avstraliya Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə 2015-ci ildə Avstriyanın paytaxtı Vyanada iştirak etmiş və Qay Sebastyanın təmsilində finalda 196 xal toplayaraq 5-ci yerə layiq görülmüşdür. Avstraliyanın müsabiqədə iştirakı 1 illik nəzərdə tutulsa da, 2015-ci ilin noyabr ayında Avstraliyanın 2016 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcəyi Avropa Yayım İttifaqı tərəfindən öz təsdiqini tapmışdır. Avstraliya Okeaniya ərazisindən Avroviziyada iştirak edən birinci (Avrasiyadan kənar isə 1980-ci ildə müsabiqədə iştirak etmiş Mərakeşdən sonra ikinci) ölkə olaraq tarixə düşmüşdür.
Avstraliya müsabiqədə iştirak etməməsinə baxmayaraq 1983-cü ildən etibarən hər il Avroviziyanı yayımlamışdır. İlk dəfə 2014-cü ildə Avstraliyanı Cessika Mauboy interval akt olaraq müsabiqədə təmsil etmişdir. Bunun ardınca ölkə-qitə 2015-ci ildə rəsmi iştirakçı olaraq müsabiqəyə qoşulmaq hüququ əldə etmişdir.
Avstraliyanın Avroviziyada iştirak etdiyi dörd il ərzində əldə etdiyi ən yüksək nəticə 2016-cı ildə Dami İmin ifa etdiyi "Sound of Silence" mahnısı ilə qazandığı ikinci yer olmuşdur.
Təmsilçilər
İlDilMüğənniMahnıFinalYarım-finalYerXalYerXal 2015 İngiliscə Qay Sebastyan "Tonight Again" 5 196Birbaşa finalçı 2016 İngiliscə Dami İm "Sound of Silence" 2 511 1 330 2017 İngiliscə Ayzeya Fayrbreys "Don't Come Easy" 9 173 6 160 2018 İngiliscə Cessika Mauboy "We Got Love" 20 99 4 212 2019 İngiliscə Keyt Miller-Haydki "Zero Gravity" 9 284 1 261
Səsvermə tarixçəsi Avstraliyanın ən çox xal verdiyi ölkələr Sıra Ölkə Xal 1 36 2 34 3 31 4 30 5 29
Avstraliyanın ən çox xal aldığı ölkələr Sıra Ölkə Xal 1 54 2 50 3 37 5 36
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Qalereya
İstinadlar
Xarici keçidlər Eurovision.tv
Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi Avstraliya Avroviziya Uşaq Mahnı Müsabiqəsində