və ya Toki o Kakeru Shōjo — Madhouse studiyası tərəfindən istehsal olunmuş, rejissoru Mamoru Hosoda, ssenaristi Satoko Okudera olmuş 2006-cı il istehsalı elmi fantastika anime filmi. Kadokawa Herald Pictures tərəfindən yayımlanmış anime filmi Yasutaka Tsutsuinin eyniadlı romanından bəhrələnmişdir. Romanda olduğu kimi anime filmi zamanda səyahət etmək gücü əldə etmiş qızdan bəhs edir, lakin romandan fərqli hekayəyə sahibdir. Anime filminin baş qəhrəmanı Makoto Konnonu Riisa Naka səsləndirmişdir. Makoto Konno xalası Kazuko Yoşiyamadan zamanda səyahət etdiyini öyrənir, bundan istifadə edərək problemlərini həll etməyə başlayır.
"The Girl Who Leapt Through Time" 15 iyun 2006-cı ildə ekranlara buraxılmışdır və müsbət rəylər almışdır. Anime filminin ingilis versiyasını Kadokawa Pictures U.S. istehsal etmiş, dublajı Ocean Productions həyata keçirmişdir. İngilis versiyası 2008-ci ildə Bandai Entertainment tərəfindən, 2016-cı ildə Funimation tərəfindən yayımlanmışdır. Reanimedia animeni Rusiya üçün lisenziyalaşdırmışdır.
Animedən Yaponiyada əldə olunmuş gəlir 260 milyon yendir.
Məzmun Beyzbol oynamağı sevən Makoto Konno valideynləri və kiçik bacısı Miyuki ilə Tokionun Şitamaçi bölgəsində yaşayır. Xalası Kazuko Yoşiyama Tokio Milli Muzeyində incəsənət əsərlərinin bərpası ilə məşğul olur.
Bir gün Makoto təhsil aldığı məktəbdə yazı lövhəsində mesaj kəşf edəndə səhvən qoz formasında olan bir cismin üzərinə düşür. Evə qayıdanda onun velosipedinin əyləcləri işləmir və qatar yoluna düşüb ölür. Makoto özünə gələndə bu bədbəxt hadisə baş verməzdən qabaq velosiped sürdüyünü görür. Kazuko ona başa salır ki, o "zamanda sıçrama" gücünə malik ola bilər. Əvvəlcə Makoto bu gücündən məktəbə gecikməmək, dərslərdən yaxşı qiymətlər almaq, saatlarla karaoke oxumaq üçün istifadə edir, amma tezliklə bunun digərlərinə mənfi təsir göstərdiyini kəşf edir.
Nəticədə, Makoto bu gücündən müxtəlif xoşagəlməz vəziyyətlərdən qaçınmaq üçün istifadə edir. Buna ən yaxın dostu Çiaki Mamiyanın sevgi etirafını eşitməmək də daxildir. Makoto qolunda nə qədər zamanda sıçrayış edə biləcəyini göstərən tatuu kəşf edir. Qalan haqqları ilə Makoto hər kəsə doğru olan şeylər etməyə çalışır. Çiaki ona zəng edib zamanda sıçrayıb-sıçraya bilmədiyini soruşur, Makoto son zamanda sıçrama hüququndan onun zəngini qaytarmaq üçün istifadə edir. Makoto dostu Kosuke Tsuda və onun yeni sevgilisi Kaho Fucitaninin onun xarab velosipedinə mindiklərinə və qatar yoluna getdiklərini görür, onları xilas etməyə çalışır, amma sonuncu zamanda sıçrayış hüququndan istifadə etdiyindən ancaq ölümlərinə şahidlik edə bilir.
Bir an sonra Çiaki peyda olub zamanı dondurur və Makotoya gələcəkdən gəldiyini deyir. Çiaki Makotoya başa salır ki, qoz formasındakı cisim zamanda sıçrayış etmək üçün bir cihazdır, keçmişə isə Kazuto tərəfindən bərpa olunan, lakin gələcəkdə məhv olmuş xüsusi rəsm əsərini görmək üçün gəlibmiş. "Donmuş" şəhərdə gəzişərkən Çiaki bu zamanda planlaşdırdığından daha uzun müddət qaldığını söyləyir. Çiaki son zamanda sıçrama hüququndan Kosukeni xilas etmək üçün istifadə etdiyindən gələcəyə qayıda bilməyəcəyini deyir. Çiaki Makotonu tərk etməyə məcbur olur. Makoto sonda onu sevdiyini anlayır.
Çiaki yoxa çıxdıqdan sonra Makoto kəşf edir ki, Çiakinin zamanda sıçrayış etməsi səhvən ona istifadə etdiyi sonuncu sıçrayış hüququnu qaytarıb: Çiaki Makotonun sonuncu sıçrayış hüququndan istifadə etmədiyi zamana sıçramışdı. Makoto zamanda sıçrayıb gücünü əldə etdiyi ana qayıdır və aləti Çiakiyə qaytarır. Makoto Çiakiyə baş verənləri danışır. Makoto rəsm əsərinin onun dövrünə qədər çatacağına and içir. Çiaki getməzdən əvvəl gələcəkdə onu gözləyəcəyini deyir. Kosuke onun hara getdiyini soruşanda Makoto təhsil almaq üçün xaricə getdiyini deyir.
Personajlar
Buraxılması "The Girl Who Leapt Through Time" Yaponiyada az sayda kinoteatrda göstərilmişdir. Filmdən təxminən 260 milyon yen (2,6 milyon $) gəlir əldə olunmuşdur. Animasiya filmlərinin xüsusiyyətindən fərqli olaraq anime məhdud reklam olunmuşdur, lakin müsbət rəylər və şifahi marketinq animeyə qarşı maraq oyatmışdır. Şincuku teatrında bir neçə gün ardıcıl tamaşaçılar zalı doldurdular, hətta ayaqda filmi izləyənlər oldu. Bundan sonra distribütor Kadokawa Herald Pictures animenin Yaponiyada göstərildiyi kinoteatrların sayını artırmışdır, hətta beynəlxalq festivallara təqdim olunması müzakirə olunmuşdur.
Şimali Amerika şirkəti Bandai Entertainment tərəfindən anime filminin Şimali Amerikada premyerası 19 noyabr 2006-cı ildə Vaterloo festivalında və 3 mart 2007-ci ildə Nyu-York Beynəlxalq Uşaq Film Festivalında baş tutmuşdur. Anime filmi ABŞ-da məhdud yayımlanmışdır: iyun ayında Los-Ancelesdə subtitrlarla, sentyabr ayında Sietl şəhərində göstərilmişdir. İyul ayında isə Nyu-Yorkda dublaj edilmiş versiyası ekranlara buraxılmışdır. Boston şəhərində avqustda subtitrlarla nümayiş olunmuşdur. Anime filminin Böyük Britaniyada premyerası Lids Gənclər Film Festivalı çərçivəsində 2 aprel 2008-ci ildə baş tutmuşdur.
Tənqidçilərin mövqeyi Tənqid saytı Rotten Tomatoes anime film üçün verdiyi reytinq 87 % olmuşdur: 15 tənqidçinin rəylərinə əsasən film 6,7/10 xalla qiymətləndirilmişdir. Saytın ümumi rəyində bildirilir: "Çox effektiv vizual dizayna malik yaradıcı və valehedici anime filmi. Bu komediya-dramın çılğın yaradıcılığı var".
Anime News Network-dan Castin Sevakis filmini "mütləq illüziyasına" görə tərifləmişdir. O personajların səsləndirilməsi bağlı ilə qeyd etmişdir: "[film üçün] düzgün miqdarda realizm". The Boston Globe-dən Ti Burr filmin vizualiyasiyasını və tempini tərifləmişdir. O, anime filmini Studio Ghibli-nin işləri ilə müqayisə etmişdir. "The Village Voice"-dən Nik Pinkertonda filmi tərifləmişdir. Müəllif Yasutaka Tsutsui 24 mart 2006-cı ildə Tokio Beynəlxalq Anime Yarmakasında filmin "kitabı üçün düzgün ikinci davam" olduğunu qeyd etmişdir.
Mükafatlar İl Mükafat Kateqoriya Qalib/Namizəd Nəticə İst. 2006Sices Film FestivalıƏn yaxşı animasiya filmiThe Girl Who Leapt Through TimeNihon SF Tayşo MükafatıBöyük mükafatThe Girl Who Leapt Through Time 2007Yaponiya Akademiya Mükafatıİlin ən yaxşı animasiya filmiThe Girl Who Leapt Through TimeTokio Anime Mükafatlarıİlin ən yaxşı animesiThe Girl Who Leapt Through TimeRejissor mükafatıMamoru HosodaƏn yaxşı hekayə/İşThe Girl Who Leapt Through Time: Yasutaka TsutsuiSsenarist mükafatıSatoko OkuderaSənət rejissorluğunda uğurNizo YamamotoPersonaj dizayneri mükafatıYoşiyuki Sadamoto 2009Gənc Sənətkar MükafatıƏn yaxşı səsləndiriciEmili Hörst Bundan əlavə, film prestijli LXI Mayniçi Film Mükafatını, 2006-cı ildə Yaponiya Media Sənətləri Festivalında Böyük mükafatı qazanmışdır.
Musiqi Bəziləri istisna olmaqla bu musiqilər Kiyoşi Yoşida tərəfindən bəstələnmişdir. Pianoda Haruki Mino ifa etmişdir. "Natsuzora (açılış mahnısı)" "Sketch" "Aria (Goldberg Hensoukyoku Yori)" ("Qoldberq variasiyaları", Bax tərəfindən) "Karakuri Tokei (Zamanda sıçrama)" "Shoujo no Fuan" "Sketch (uzun versiya)" "Daylife" "Daiichi Hensoukyoku (Goldberg Hensoukyoku Yori)" ("Qoldberq variasiyaları"-un I versiyası) "Mirai no Kioku" "Seijaku" "Kawaranai Mono (Simli orkestr versiyası)" (Hanako Oku) "Natsuzora (bağlanış mahnısı)" "Time Leap (uzun versiyası)" "Natsuzora (uzun versiya)" "Garnet (Yokokuhen qısa versiyası)" (Oku)
Filmin mövzu musiqisi , filmdə istifadə olunan mahnısı isə adlanır. Hər iki mahnı müğənni-mahnı yazıçısı Hanako Oku tərəfindən yazılmış, ifa olunmuş və bəstələnmişdir. "Garnet" Cun Sato, "Kawaranai Mono" Yoşida tərəfindən qaydaya salınmışdır.
Manqa Ranmaru Kotone tərəfindən film əsasında manqa adaptasiyası hazırlanmışdır və manqa adaptasiyası filmin kinoteatrlarda göstərilməsindən əvvəl bir neçə ay "Monthly Shōnen Ace" jurnalında nəşr olunmuşdur. 2009-cu ildə Bandai Entertainment (lisenziat) və Madman Entertainment (distribütor) tərəfindən manqanın ingilis versiyası Avstraliya üçün yayımlanmışdır. Manqada baş verən hadisələr bir neçə kiçik fərq istisna olmaqla filmdə baş verən hadisələrlə eynidir. Xüsusilə, manqa filmdən fərqli başlayır və bitir.
Qəbul Goo Ranking tərəfindən 2016-cı ilin oktyabrında 500 nəfər arasında keçirilmiş sorğuda ən kədərli 5-ci anime (32 səslə) seçilmişdir.
İstinadlar
Kateqoriya:2006-cı ilin filmləri Kateqoriya:Yaponca filmlər Kateqoriya:Zamanda sıçrayan qız Kateqoriya:2006-cı ilin anime filmləri Kateqoriya:Bandai Entertainment anime başlıqları Kateqoriya:Bandai Entertainment manqa başlıqları Kateqoriya:Tokio haqqında filmlər Kateqoriya:Yaponiyanın romantik filmləri Kateqoriya:Madhouse (şirkət) Kateqoriya:Romantik anime və manqalar Kateqoriya:Elmi fantastika anime və manqaları Kateqoriya:Zaman səyahəti filmləri Kateqoriya:Zaman səyahəti haqqında anime və manqalar Kateqoriya:Yaponiyanın elmi fantastika filmləri Kateqoriya:İlin ən yaxşı animasiya filminə görə Yaponiya Akademiya Mükafatı qalibləri Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Roman əsasında çəkilmiş filmlər Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Anime filmləri Kateqoriya:Dram anime və manqaları Kateqoriya:Yetkinliyə çatma haqqında anime və manqalar Kateqoriya:Zaman döngüsü filmləri Kateqoriya:Hekayə əsasında çəkilmiş filmlər Kateqoriya:Focus Features filmləri