Cahid Arf (; ) — Türkiyə riyaziyyatçısı. O, Arf halqaları və Arf yarımqrupu, budaqlanma teoremində Hasse-Arf teoremi, topologiyada 2 xarakteristik halqanın (düyün nəzəriyyəsi və cərrahi nəzəriyyədə tətbiq edilmiş) kvadratik formasının Arf invariantlığına görə tanınır.

Bioqrafiya Cahit Arf 1910-cu il 11 oktyabrda Osmanlı imperiyasının bir hissəsi olan Salonikidə anadan olub. Ailəsi 1912-ci ildə Balkan müharibəsinin başlanmsı ilə İstanbula köçüb. Ailə nəhayət İzmirdə məskunlaşa bildi və Cahit Arf ibtidai təhsilini burada aldı. Türkiyə Təhsil Nazirliyindən təqaüd alandan sonra təhsilini Parisdə davam etdirdi və Paris Ali Normal Məktəbindən məzun oldu.

Türkiyəyə qayıtdıqdan sonra o, Qalatasaray Liseyində riyaziyyat fənnini tədris etməyə başladı. 1933-cü ildə o, İstanbul Universitetinin riyaziyyat kafedrasına qoşuldu. 1937-ci ildə Cahit Arf Göttingenə getdi və Göttingen Universitetindən PhD dərəcəsini aldı. O, burada Helmut Hasse və Josue Kruz de Munyoz ilə birlikdə işləyib. O, İstanbul Universitetinə qayıtdı və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasında (TÜBİTAK) işləməyə cəlb edilənə qədər burada işlədi. 1963-ci ildə şurasının təsisçi direktoru kimi xidmət edəndən sonra, İstanbulda Robert Kollecinin riyaziyyat kafedrasına qoşuldu. 1964-1966-cı illər ərzində Cahit Arf Prinstonda Perspektiv tədqiqatlar institutunda işlədi. O, sonralar 1 il müddətində Berkli Kaliforniya Universitetidə qonaq müəllim kimi fəaliyyət göstərib.

Türkiyəyə sonuncu dəfə qayıtmasının ardınca, Orta Doğu Teknik Universitetinin riyaziyyat kafedrasına qoşuldu və 1980-ci ilə — təqaüdə çıxana qədər orada fəaliyyət göstərdi. Arf riyaziyyat sahəsində verdiyi töhfələrə görə, bir neçə mükafata layiq görülüb. Bu mükafatlar arasında aşağıdakıları qeyd etmək olar: 1948-ci ildə İnönü mükafatı, 1974-cü ildə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Elm mükafatı, 1994-cü ildə Akademik Palma ordeni (Fransa). Arf Mainz Akademiyası və Türkiyə Elmlər Akademiyasının üzvü idi. O 1985-ci ildən 1989-cu ilə qədər Türk Riyaziyyatçılar Cəmiyyətinin prezidenti olub.Arf 26 dekabr 1997-ci ildə 87 yaşında İstanbulda vəfat edib. Onun toplanmış əsərləri Türk Riyaziyyatçılar Cəmiyyəti tərəfindən 1988-ci ildə nəşr edilib.

Təsiri thumb|250px|10 lirə əsginasının arxa tərəfi (2009) Ümumilikdə elm sahəsinə və xüsusilə riyaziyyata Arfın təsiri dərin idi. Baxmayaraq ki, onun formal tələbələrinin sayı az idi, Türkiyə riyaziyyatçılarının əksəriyyəti karyerasının müəyyən dövründə onunla öz maraq sahələrində səmərəli müzakirələr aparıb və ondan kömək və stimul alıb.

O, Robert Lənqləndsin Türkiyəyə gəlməsinə kömək etmişdi. Bu vaxt ərzində Lənqlənds Artin L-funksiyalarının epsilon amilləri üzərində bəzi ağır hesablamaların həlli üzərində işləyib.

Arfın portreti 2009-cu ildə buraxılmış Türkiyənin 10 lirə əsginasının arxa tərəfində təsvir edilmişdir.

Orta Doğu Teknik Universitetinin Riyaziyyat kafedrasında Arfın xatirəsinə hər il Cahit Arf mühazirəsi adlandırılan xüsusi mühazirə sessiyası təşkil olunur.

Cahit Arf mühazirələri Orta Doğu Teknik Universitetində təşkil olunmuş Cahit Arf mühazirələrinin məruzəçiləri və bağlı olduğu universitetlər 2013/14: Stenford Universitetindən Persi Diakonis 2012: Şimal-Qərb Universiteti və Berkli Kaliforniya Universitetindən Devid Nadler 2011: Oksford Universitetindən Conatan Pila 2010: Stoni Bruk Universiteti Həndəsə və Fizika üzrə Simons mərkəzindən Con Morqan 2009: Kembric Universitetindən Ben Qrin 2008: Bonn Universiteti və Riyaziyyat üzrə Maks Plank İnstitutundan Günter Harder 2007: Leyden Universitetindən Hendrik Lenstra 2006: De Frans Kollecindən Jan Pyer Serr 2005: Prinston Universiteti və Perspektiv tədqiqatlar institutundan Peter Sarnak 2004: Perspektiv tədqiqatlar institutundan Robert Lənqlənds 2003: Braun Universiteti Tətbiqi Riyaziyyat şöbəsindən Devid Mamford 2002: Utrext Universiteti / De Frans kollecindən Don Zagir 2001: Duysburq-Essen Universiteti Eksperimental Riyaziyyat İnstitutundan Gerhard Frey

İstinadlar

Xarici keçidlər Cahit Arf haqqında sənədli serial

Kateqoriya:Paris Ali Normal Məktəbinin məzunları Kateqoriya:Göttingen Universitetinin məzunları Kateqoriya:Türkiyə riyaziyyatçıları Kateqoriya:Türkiyə alimləri Kateqoriya:XX əsr riyaziyyatçıları Kateqoriya:Makedoniya türkləri Kateqoriya:Türkiyə ordinar professorları Kateqoriya:Berkli Kaliforniya Universitetinin müəllimləri