Aorslar — Sarmatların qolu.
Etnonim
Aorsların yaranması
Aorsların tarixi Eramızdan əvvəl son əsrlərdə "yuxarı aorslar" deyilən sarmat-massaget mənşəli tayfalar Şimali Azərbaycan və Cənubi Dağıstanın alban tayfalarının həyatında müəyyən rol oynayırdılar.
I əsr müəllifi Pliniy yazır ki, udinlərdən şimalda "Utidors" adlı tayfa məskundurPliniy, VI,39. "Utidors" etnonimi bir sıra tədqiqatçıları çaşdırmışdır. Onlar yazırdılar ki, bu ad "uti" etnonimindən və İrandilli "aors" adlı tayfanın adından ibarətdirКороглы X. Г. Взаимосвязи эпоха народов Средней Азии, Ирана Азербайджана. М., 1983.. Bu fikri inkişaf etdirən K. V. Trever olduТревер К. В. Очерки по истории и культуре Кавказской Албании. М. — Л., 1959 , səh 174–175. Ehtimal edilir ki, Albaniyadan utilərin (yəni, indiki Dağıstandilli udinlərin) bir hissəsi Şimali Qafqaza da getmiş və orada İrandilli "aors" adlanmış tayfa ilə birləşmişdirКрупное Е. И. Каякентекий _ ШгИльник — памятник древней лбашш. Труды ГИМ, вып. XI, М., 1940. Qiyasəddin Qeybullayev isə qeyd edir ki, əslində Pliniyin "utidors" kimi yazdığı etnonim "utidur"dan başqa bir şey deyil: Pliniy "u" səsini "o" kimi vermiş, sonra da adın sonuna -s adlıq hal şəkilçisini əlavə etmişdir. "Utidur" etnoniminin ikinci hissəsi olan "dur" sözü oğuz tayfalarından Bayandur, Çavundur, Hundur və b. adlar üçün səciyyəvidir.
İstinadlar
Həmçinin bax Sarmatlar
Kateqoriya:Sarmatlar Kateqoriya:Tarixi Avropa xalqları Kateqoriya:Tarixi Asiya xalqları Kateqoriya:Atlı xalqlar