1948–1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyası — SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq 1947–1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin köçürülməsi. Proses Azərbaycanda azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından məcburi köçürülməsi və etnik təmizləməsi olaraq qiymətləndirilir.Azərbaycan Respublikası Prezidentinin "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 18 dekabr 1997-ci il tarixli Fərmanı "Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1948–1953-cü illər)" sənədlər toplusu. Bakı,2013] 1948–1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiya
Deportasiya üçün lazımi vəsaitin və maddi-texniki yardımın ayrılması sənəd üzərində nəzərdə tutulsa da, bu həyata keçirilməmiş və ya çox zəif şəkildə həyata keçirilmişdir. Deportasiyaya məruz qalanların əksəriyyəti bundan şikayətçi olmuşdur. Həmçinin deportasiya edilənlərin heç olmasa, öz yaşadıqları yerin iqliminə bənzər regiona köçürülmə istəkləri də rədd edilmişdir. Sənəd üzərində könüllülük əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, dövlətin gücü istifadə edilməklə bəzən zorakılıqla həyata keçirilmişdir, çünki deportasiya edilənlərin əksəriyyəti köçmək fikrində olmamışdır.
Deportasiyaya məruz qalanların dəqiq sayı bəlli deyil. Onların sayının 50 mindən çox olması güman edilir. Deportasiya Sovet İttifaqının mütləq rəhbəri olan İosif Stalinin ölümündən sonra yavaşlamış, 1956-cı ildə isə tamamilə dayandırılmışdır.
Zəmin 300px|thumbnail|Tanınmış İrəvan azərbaycanlıları:1. Abdulla xan Makinski (Xanbaba xan Sərdar İrəvaninin oğlu) 2. Şükür xan Makinski 3 Abbasqulu xan İrəvanski, Pana xan Makinski 5. Ağamalı ağa Məlik-Ağamalıyev 6. Mirzə Cabbar bəy Qazıyev 7. Georgi Yegizarov 8. Bala bəy Alıxanov Ordubadi 9. Mirzə ismayıl 10. Hacı bəy Bağırbəyov 11. Şükür bəyin mühafizəçisi Əsəd bəy 12. Bala Sultan Şadlınski (Vedi).
Ermənilərin bölgəyə köçürülməsi 300px|thumbnail|İndiki Ermənistan ərazilərində 1886–1890-cı illərdə azərbaycanlıların yaşadığı ərazilər. 1829-cu ildə İrəvana gələrək bölgəni öyrənməyə başlayan İvan Şopen sonra dövlət üçün bu araşdırmalarını yayınlamışdır. Kameral'noe Opisanie ("İnzibati siyahıyaalma") adlanan bu kitab həmin dövrdə bu bölgədəki etnik və demoqrafik göstəriciləri öyrənə bilmək üçün yeganə mənbədir. Bu kitaba görə rus işğalından qısa müddət sonra bölgədə yaşayan (bölgə dedikdə keçmiş Naxçıvan, İrəvan xanlıqlarının və Ordubad ərazisi nəzərdə tutulur) müsəlmanların sayı ermənilərin sayından dəfələrlə çox olmuşdur, lakin bu siyahıya rus işğalı zamanı öldürülən döyüşçülərin özləri daxil edilməmişdir. Həmçinin bu da məlumdur ki, rus işğalı başa çatdıqdan sonra bölgənin elit təbəqəsi, bürokratları, sağ qalmış bölgə sakini olan döyüşçüləri regionu tərk edərək Qacar imperiyasının digər bölgələrinə köçmüşlər. Əslən İran ermənisi olan Corc Burnutyan bunları nəzərə alaraq rus işğalından sonra bölgəni tərk edənlərin sayı olaraq 20 min rəqəmini səsləndirməkdədir. Siyahı isə belədir:
1826-cı ilə aid göstəricilər: Müsəlmanların ümumi sayı: 117,849 Xristianların ümumi sayı: 25,151
Göründüyü kimi, Rusiya imperiyasının bölgənin işğalını tam başa çatdırdığı və bunu Qacar imperiyasına qəbul etdirdiyi 1828-ci ildə Türkmənçay sülh müqaviləsinə qədər bölgədə yaşayan müsəlmanların sayı ermənilərin sayından təxminən 5 dəfə çox olmuşdur, lakin rus işğalından sonra bölgədən xeyli sayda müsəlman da köç etməyə məcbur oldu. Rəqəmlər rus işğalından sonra bölgəyə kütləvi şəkildə qonşu Osmanlı və Qacar imperiyalarından ermənilərin köçürülməsi ilə də dramatik şəkildə dəyişdi:
1832-ci ilə aid göstəricilər: Müsəlmanların ümumi sayı: 82,073 Xristianların ümumi sayı: 82,377
Rəqəmlərdən də göründüyü kimi cəmi 6 il kimi qısa müddət ərzində müsəlmanların sayında təxminən 35 min azalma olduğu halda, ermənilərin sayında təxminən 57 minlik artım olmuşdur. Bu qonşu iki imperiyadan gələnlərin hesabına idi. İki imperiyadan bölgəyə köçürülən və yerli ermənilərin sayı belə idi:
Osmanlı imperiyasından: 21,666 Qacar imperiyasından: 35,560 Yerlilər: 25,151
Burada Rusiya hakimiyyəti tərəfindən Erməni vilayəti yaradıldıqdan sonra da erməni köçləri daha da artdı. Edmund Herzig və Marina Kurkçiyan yazdıqları əsərlərində Qacar imperiyasından 45 min erməninin, Osmanlı imperiyasından isə 100.000 erməninin Rusiya hakimiyyəti altındakı bu vilayətə köçdüyünü bildirməkdədir. Simon Payasliyan isə yazdığı kitabında hələ təkcə 1829-cu ilin oktyabrında 7.668 ailənin bu bölgəyə köç etdiyini, sonda isə 14.047 ailənin (ailə fərdlərinin sayı olaraq 90–100 min sayınmı göstərir) bölgəyə köçdüyünü bildirmişdir.
Bölgədə yaşayan türklərin bir hissəsi oturaq, bir hissəsi yarım köçəri, digər hissəsi isə tam köçəri həyat tərzi sürürdü. Bölgədə yaşayan kürdlərin həyat tərzi də türklərinkinə bənzəməkdə idi. Burada yaşayan əsas türk tayfaları Qarapapaqlar, Ayrımlılar, Kəngərlilər, Qazaxlar, Qacarlar, Bayatlar, Qaraqoyunlu, Ağqoyunlu, Çobankərə, Seyidli, Səədli, Sədərəkli (Qacar qrupu), Muğanlı və s. tayfalar idi. Rusiyanın ermənilərin Qacar imperiyasından köçürülməsinin hüquqi əsasını Türkmənçay müqaviləsi təşkil edərkən, Osmanlıdan köçürülməsinin hüquqi əsasını Ədirnə müqaviləsi təşkil etmişdi. Göründüyü kimi Rusiyanın bölgənin işğalını başa çatdırmasından sonrakı bir neçə illər ərzində belə ermənilər bölgədə əksəriyyəti təşkil edə bilməmişdilər, halbuki bu zaman təxminən 57 min erməni qonşu imperiyalardan bölgəyə köç etmişdi. Ermənilərin bölgədəki üstünlüyü ələ keçirmələri yalnız Krım və 1877–1878-ci illər Rus-Osmanlı müharibələrindən sonra oldu. Hətta bundan sonra belə İrəvan şəhərinin sakinlərinin əskəriyyətini müsəlmanlar təşkil etməkdə idi. Bu XX əsrin əvvəllərinə qədər belə də davam etdi. İngilis səyyah və siyasətçisi H. F. B. Lynchin bildirdiyinə görə, 1890-cı illərdə şəhərdə ermənilər çoxluqda deyildilər. thumb|left|300px|İrəvandakı "Tatar" (yəni azərbaycanlı) meyvə satıcıları. İrəvanda nəşr edilən azərbaycandilli Lək-Lək jurnalının birinci səhifəsi (22 fevral 1914, İrəvan).
1873-cü ildə bölgədə aparılmış siyahıyaalınmay agörə, İrəvan quberniyasında ümumilikdə 538 mindən bir qədər artıq insanın yaşaması məlum olmuşdur. Bunlardan 292.978 nəfəri erməni ikən, 239.042 nəfərini müsəlmanlar təşkil edirdi. Bu siyahıyaalınmada bölgədə yaşayan ruslar, assuriyalılar, yunanlar və s. millətlərin nümayəndələri də qeydiyyat aalınmışdır. Buradan da göründüyü kimi, Krım müharibəsindən sonra və əvvəl gələn ermənilərin də yardımı ilə artıq bölgədəki erməni sayı müsəlmanların sayını keçməkdə idi.Кавказский календарь на 1883 год, Тифлис, Главное управление главноначальствующего гражданскою частью на Кавказе, Кавказский статистический комитет, 1882 год, отдел I, Различные сведения, Некоторые статистические данные о состоянии губерний Кавказского края, стр. 224Сборник сведений о Кавказе. Том V. Изданный под редакцией Главного Редактора Кавказского Статистического Комитета Н. Зейдлица. Списки населенных мест Кавказского края. Часть I. Губернии: Эриванская, Кутаисская, Бакинская, Ставропольская и Терская область. Тифлис, 1879. 1886-cı il siyahıyaalınmasında bölgədə 670.400 nəfərin yaşadığı bəlli olur. Növbəti ümumi siyahıyaalınma isə 1897-ci ildə həyata keçirildi. Bu siyahıyaalınmanın nəticəsindən də göründüyü kimi 1877–1878-ci il müharibəsi, Anadoludakı erməni üsyanları nəticəsində bölgəyə yeni erməni köçləri yaşanmış və ermənilərlə müsəlmanların sayındakı fərq ermənilərin xeyrinə bir qədər də dəyişmişdir. Siyahıyaalınmaya görə, İrəvan quberniyasında ümumilikdə 829.556 nəfər yaşamaqda idi. Onlardan 441 minini ermənilər təşkil edərkən, Azərbaycan türkləri yalnız 313.176 nəfəri təşkil edirdilər. 1914-cü ilə gəldikdə isə 412.583 nəfər müsəlman yaşayarkən, ermənilərin sayı 613.559 nəfər təşkil etməkdə idi. Göründüyü kimi rus işğalının ilkin illərində Osmanlı və Qacar imperiyasından indiki Ermənistan Respublikası ərazisinə və Naxçıvan bölgəsinə kütləvi şəkildə on minlərlə erməni köçürüldükdən sonra belə iki etnosun sayı təxminən eyni ikən 1914-cü ildə iki etnos arasında kəskin fərq formalaşdı. I Müharibə boyunca gedən demoqrafik dəyişikliklər və azərbaycanlıların kütləvi qovulması, soyqırıma məruz qalması nəticəsində bu fərq daha da artdı. Ermənistan azərbaycanlıları üçün XX əsr sıxışdırma, ayrı-seçkilik və ölkənin demoqrafiyasını tamam dəyişdirən kütləvi və çox dəfə zorakı sürgünlər dövrü idi. Azərbaycanın və Ermənistanın 1918-ci ildə müstəqillik elan etməsi vəziyyəti daha da gərginləşdirdi. Hər iki dövlət eyni əraziləri öz tərkibində görmək istəyirdi. Bu proses Ermənistan ərazisindən kütləvi şəkildə azərbaycanlıların yoxa çıxarılması ilə nəticələndi. Yüz illərdir bu bölgədə yaşayan azərbaycanlılar irqi ayrı-seçkiliyə məruz qaldılar və sosial olaraq təcrid edildilər. Birinci Dünya müharibəsinin gedişatında Osmanlı imperiyasından çıxan xeyli sayda erməni bu bölgəyə gətirildi. Xüsusən Osmanlıya qarşı döyüşən hərbçilər olan Andronik Ozanyan və Ruben Ter-Minasyanın fəaliyyəti nəticəsində bir zamanlar ermənilərlə Azərbaycan türklərinin birlikdə yaşadıqları ərazilərə Anadoludan gələn ermənilər yerləşdirildi. Burada əvvəllər yaşayanlar isə qonşu dövlətlərə və ya Azərbaycanın özünə qaçdılar. Nəticədə çox sayıda müsəlman kəndi məhv edildi. 1918-ci ilin yayında Andronik və Şahnəzəryanın yaraqlıları Zəngəzur qəzasına hücum etdilər. Alman tarixçisi və Berlin Universitetinin professoru olan Yorq Baberovski bildirir ki, onlar sentyabrın əvvəllərində 18 müsəlman kəndini yandırmış və təkcə 500 nəfər qadını qətlə yetirmişlər. Bu hadisə zamanı diqqətə çəkən bir digər məqam odur ki, bölgənin polis rəisinin hesabatına əsasən ermənilər bu hücumu müsəlmanların mülklərini ələ keçirmək istəyən erməni kəndlilərinin istəyi ilə həyata keçirmişlər. Payız boyunca müsəlman kəndlərinə edilən hücumların sayı və nəticəsi Baberovski tərəfindən sayısız olaraq təsvir edilir. Təkcə Zəngəzur bölgəsindən 50 mindən çox müsəlman köçməyə məcbur olmuşdu. Bu hücumlar nəticəsində təkcə Zəngəzur bölgəsində yaşayan müsəlmanlar Cəbrayıl və Cavanşir bölgələrinə qaçmağa məcbur olmuşdur. 100-dən çox kənd tamamilə dağıdılmış və təxminən 10 min insan qətlə yetirilmişdir. Anastas Mikoyanın 1919-cu ildə hazırladığı Cənubi Qafqazda siyasi vəziyyət barədə məruzəsində deyilirdi:
Bu dönəm ərzində əvvəllər Azərbaycan türklərinin yaşadıqları ərazilər bir çox ərazilər dağıdılmışdı. Burada daşnaklar "ölkəni xaricilərdən təmizləmə" təmizləmə siyasəti yürüdürdülər və onların birinci dərəcəli hədəfləri müsəlmanlar idi. Bu proses əsasən Yeni Bəyazit, İrəvan, Üçmüədzin və Şərur-Dərələyəz bölgəsində gedirdi. Baberovski misal olaraq Yeni Bəyazit bölgəsini göstərir. Onun sözlərinə görə, buradakı sistemli təmizləmə nəticəsində demək olar ki, 100-dən çox müsəlman kəndi tamamilə dağıdılmış və 1919-cu ilin mayında artıq bu qəza müsəlmanlardan tamamilə "təmizlənmişdir". left|thumb|300x300px|İrəvan şəhərinin görünüşü. Rəssam Q. Sergeviç (1796)