Kəmrəz — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Tarixi KƏMRƏZ — İrəvan xanlığının Qırxbulaq nahiyəsindəШопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852., sonra İrəvanquberniyasının İrəvan qəzasında kənd adıПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.Буниятов З.М. Ещё раз о локализации Шаки. (в связи с публикацией Гурама Гумбы). "Изв. АН Азерб. ССР, серия истории, философии и права". 1987, № I.. 1590-cı ilə aid türkcə mənbədəIravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633.Алияров С.С. К эпической биографии Алп Эрена. "Советская тюркология", 1987, № 6. və 1728-ci ilə aid mənbədə Kəmris kimidirİrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996.Гейбуллаев Г.А. О происхождении некоторых этнонимов Азербайджана (Деллер, Тулу, Тиркеш, Шадылы, Туба, Тулус, Чалган, Кузанлы). ДАН Азерб. ССР, 1978, № 1.. XIX əsrin sonlarına aid mənbədə Qəmriz kimidir. 1978-ci ildə kənd ermənicə Kamaras adlandırılmışdır. XVII əsrə aid ermənicə mənbədə isə QəmrəsСимеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М., 1958. yazılmışdır. Yerli əhali içərisində tələffüz forması Kəmrizdir. Lakin XIX əsrin sonlarına aid ədəbiyyatda da kənd Qəmriz yazılmışdır.
Toponimi Türk dillərində qəm, kəm, "çay", "dərə" və arıs "tayfanın hissəsi" sözlərindəndir. Toponimin tərkib hissəsini təşkil edən kəm sözü XIX əsrdə Stavropol quberniyasının Açi-Kulak dairəsində Kəm-Tübə (dağ adı), Ter əyalətinin Nalçik dairəsində Kəm (kənd adı), İrəvan quberniyasının Novobayazid qəzasında Kəm dərəsi (dərə adı), Zəngəzur qəzasında Kəm-Bil, Kəmdağı toponimlərində də vardır.
Əhalisi
Tanınmışları Avak Petrosyan — Azərbaycan SSR xalq artisti (1962).
İstinadlar
Kateqoriya:Qırxbulaq kəndləri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri