Lidiya Skoblikova () — Rusiyalı konkisürən. Lidiya Skoblikova 1960 və 1964-cü illərdə keçirilən Qış Olimpiya Oyunlarının 6 qat qızıl medalçısıdır. Lidiya Skoblikova 1960 və 1964-cü ildə "Qırmızı Əmək Bayrağı" ordeninə, 1999-cu ildə isə "Vətənə xidmətə görə" 3-cü dərəcli ordeninə layiq görülmüşdür.Prezident Boris Yeltsin Lidiya Skoblikovanı təltif edib

Həyatı

Lidiya Skoblikova 8 mart 1939-cu ildə Rusiyanın Zlatoust vilayətində anadan olmuşdur. Lidiya Skoblikova 14 yaşında yüngül atletika yarışlarında Zlatost şəhərinin Çempionatında 800 m. qızıl medal qazandı. 1 ildən sonra o qüvvəsini konkisürmədə sınadı. Lidiya Skoblikova 1956-cı ildə doğma şəhərinin çempionu oldu. Həmin il o həmçinin Çelyabinsk Pedaqoji İnstitutuna qəbul oldu və 4 ildən sonra 1960-cı ildə həmin institutu bitirdi.

Karyerası

Lidiya Skoblikova Olimpiya Oyunlarında birinci uğurunu 1960-cı ildə qazandı. Lidiya Skoblikova Amerika Birləşmiş Ştatlarının Skvo-Velli şəhərində keçirilən VIII-ci Qış Olimpiya Oyunlarında iştirak etdi. O 1500 m. və 3000 m. yarışlarda qızıl medal qazandı. Lidiya Skoblikova 1500 m. yarışlarında 2.25.2 nəticə göstərdi. Bu nəticə yeni Dünya rekordu idi. 3000 m. yarışlarda isə Lidiya Skoblikova 5.14.2 nəticə göstərdi. Bu nəticə isə yeni Olimpiya rekordu idi.

Lidiya Skoblikova Olimpiya zirvəsini isə 1964-cü ildə fəth etdi. O Avstriyanın İnsbruk şəhərində keçirilən IX-cu Qış Olimpiya Oyunlarında 4 qızıl medal qazandı. O birinci olaraq 500 m. yarışlarında qızıl medal qazandı. Lidiya Skoblikova 45 saniyə nəticə göstərdi və karyerası ərzində 3-cü dəfə Olimpiya çempionu olud. Həmçinin Lidiya Skoblikova 1960-cı ildən dəyişməyən Olimpiya rekordunu 0.9 saniyə yenilədi. Daha sonra o 1000 m. yarışlarında uğur qazandı. 4 il əvvəldə bu yarışda qızıl medal qazanan Lidiya Skoblikova bu səfərdə qızıl medal qazandı. O 1.33.2 nəticə göstərdi. Lidiya Skoblikova həmçinin 4 il əvvəl yenilədiyi Olimpiya rekordunu daha 0.9 saniyə yenilədi. Lidiya Skoblikova karyerasında 5-ci Olimpiya qızılını 1500 m. yarışlarında qazandı. Lidiya Skoblikova 2.22.6 nəticə ilə qızıl medal qazanmağ ilə yanaşı 1960-cı ildə özünün yenilədiyi Olimpiya rekordunu daha 2.6 saniyə yenilədi. Lidiya Skoblikova 6-cı qızıl medalını isə 3000 m. yarışlarında 5.14.9 nəticə ilə qazandı. Həmin Qış Olimpiya Oyunları onun benefisi ilə yadda qaldı.

Xarici keçidlər

Lidiya Skoblikova Lidiya Skoblikova BOK saytında

İstinadlar

Kateqoriya:1960 Qış Olimpiya Oyunlarında konki sürənlər Kateqoriya:1964 Qış Olimpiya Oyunlarında konki sürənlər Kateqoriya:1960 Qış Olimpiya Oyunlarının medalçıları‎ Kateqoriya:1964 Qış Olimpiya Oyunlarının medalçıları‎ Kateqoriya:Olimpiya qızıl medalına sahib Rusiya idmançıları Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:"Aleksandr Nevski" ordeni kavalerləri (Rusiya Federasiyası) Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:Tarix elmləri namizədləri