Belarus Dövlət Universiteti () — Belarusun paytaxtı Minsk şəhərində yerləşən dövlət ali təhsil müəssisəsi. Universitet Belarus Respublikası Təhsil Nazirliyinin strukturuna daxildir.
Tarixi Universitetin əsası 30 oktyabr 1921-ci ildə qoyulmuşdur.
1920–1930-cu illər 1921–1934-cü illərdə Belarus Dövlət Universitetində oxumuş tələbələrin sayı aşağıdakı cədvəldə göstərilmişdirЗ хронікі Беларускага дзяржаўнага універсітэта // Памяць: гісторыка-дакументальная хроніка Мінска. — Кн. 3. — Мн.: БЕЛТА, 2004. — С. 152–161.: Tədris ili 1921/22 1922/23 1923/24 1924/25 1925/26 1926/27 1927/28 1928/29 1929/30 1930/31 1931/32 1932/33 1933/34 Tələbə sayı 1126 2092 2328 2298 2530 2550 2672 2552 2332 1579 437 528 635
Mövcud vəziyyəti Belarus Dövlət Universiteti ali təhsil müəssisələri içərisində öz nüfuzuna görə fərqlənirBelarus Respublikasının təhsil sistemi . muallim.edu.az, 08.03.2012. Zəngin ənənələri olan universitetin 17 fakültəsində tələbələr üçün geniş təhsil imkanları yaradılmışdır.
Tələbə şəhərciyi thumb|300px|right|Belarus Dövlət Universitetinin Minskdəki tələbə şəhərciyi Tələbə şəhərciyi Belarus Dövlət Universitetinin qeyri-rezident tələbələr, magistrant, aspirant və universitet əməkdaşları üçün mənzillə təmin edilməsi üçün yaradılmışdır. Strukturuna 10 yataqxana daxildir.. Həmin yataqxanalar bunlardır.: 1 nömrəli yataqxana — Sverdlova küçəsi, 34 ünvanında yerləşir; 2 nömrəli yataqxana — Oktyabrskaya küçəsi, 2 ünvanında yerləşir; 3 nömrəli yataqxana — Kurçatova küçəsi, 6 ünvanında yerləşir; 4 nömrəli yataqxana — Çyurlenisa küçəsi, 7 ünvanında yerləşir; 5 nömrəli yataqxana — Oktyabrskaya küçəsi, 4 ünvanında yerləşir; 6 nömrəli yataqxana — Oktyabrskaya küçəsi, 10 ünvanında yerləşir; 7 nömrəli yataqxana — Oktyabrskaya küçəsi, 10/2 ünvanında yerləşir; 8 nömrəli yataqxana — Kropotkina küçəsi, 51 ünvanında yerləşir (Universitetin əməkdaşları üçün); 10 nömrəli yataqxana — Kurçatova küçəsi, 8 ünvanında yerləşir; 11 nömrəli yataqxana — Djerzinski prospekti, 87 ünvanında yerləşir.
Tanınmış məzunları Svetlana Aleksiyeviç — 2015-ci ilin ədəbiyyat üzrə Nobel mükafatını alan belaruslu yazıçı. Anatoli Xriskeviç – tarixçi. İrina Xalip – jurnalist. Sandey Adelaca – jurnalist.
Rəhbərlik Universitetin rektoru Andrey Kraldur. Prorektorların sayı isə 6 nəfərdir ki, onlardan biri birinci prorektordur.
Həmçinin bax
Belarus universitetlərinin siyahısı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Belarus universitetləri Kateqoriya:1921-ci ildə yarananlar Kateqoriya:30 oktyabrda yarananlar Kateqoriya:Minskdə təhsil Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər