— 2016-cı il istehsalı Yaponiya komediya filmi. Filmin rejissoru Eyiçiro Hasumi, ssenaristi Tatsuya Kanazavadır. "Sui-qəsd sinfi: Məzuniyyət" 2015-ci il istehsalı "Sui-qəsd sinfi" filminin sikvelidir, hər iki film Yuusey Matsuinin "Assassination Classroom" manqası əsasında çəkilmişdir. Film Toho tərəfindən Yaponiyada 25 mart 2016-cı ildə yayımlanmışdır.

Məzmun

Film dünyanı məhv etməyə hazırlaşan səkkizayağa bənzər varlıq və müəllim Koro-senseyə sui-qəsd təşkil etməyə çalışan şagirdlərin məzuniyyətə yaxın yaşadıqları hadisələrdən bəhs edir.

Rollarda

İstehsal Film 2015-ci ilin aprelində anons edilmişdir. Mirey Kiritaninin Aquri Yukimura rolunda, Kazunari Ninomiyanın Ölüm tanrısı rolunda olacağı 2015-ci ilin sentyabrında açıqlanmışdır. Hiroki Narimiyanın Kotaro Yanaqisava rolunda olacağı 2015-ci ilin dekabrında, Tsuyoşi Abenin Qırmızı göz rolunda olacağı 2016-cı ilin yanvarında məlum olmuşdur.

Filmin mövzu mahnısı Sensa-tions tərəfindən ifa olunan "Sayonara Sensation" mahnısıdır.

Yayımlanması 2015-ci ilin dekabrında filmin 25 mart 2016-cı ildə yayımlanacağı açıqlanmışdır. Yaponiyada Toho tərəfindən yayımlanmışdır.

Qəbul Filmin ilk həftəsində filmi izləməyə 544.641 nəfər gəlmiş və əldə olunan gəlir 639 milyon ¥ olmuşdur, beləliklə, Yaponiyada №1 film olmuşdur. İkinci həftəsində də əldə etdiyi 3,5 milyon $ gəlirlə №1 film olmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Toho filmləri Kateqoriya:Yaponiyanın komediya filmləri Kateqoriya:Yaponca filmlər Kateqoriya:2016-cı ilin filmləri Kateqoriya:2010-cu illərin komediya filmləri Kateqoriya:Eyiçiro Hasuminin filmləri Kateqoriya:Assassination Classroom Kateqoriya:Sikvel filmlər Kateqoriya:Manqalara əsaslanan bədii filmlər Kateqoriya:Müəllimlər haqqında filmlər Kateqoriya:2010-cu illərin bədheybət filmləri