— Makuranodanshi kimi də tanınan anime serialıdır. Anime Assez Finaud Fabric və Feel şirkəti tərəfindən istehsal olunmuşdur. Anime 13 iyul 2015-ci ildə Yaponiyada yayımlanmağa başlanıb.

Fərziyyə Serial birinci şəxsin hekayəsidir və onun tərəfindən danışılır. Animenin hər bir seriyası tamaşaçıların yanında yatan 12 müxtəlif "yastıq oğlanlar"dan birinin həyatından bəhs edir. Serial hər həftə SUN-TV və Tokio MX telekanallarında yayımlanmışdır.

Personajlar : Yastıq oğlan. O, 1-ci və 12-ci seriyada meydana çıxmışdır. Onun yaşı 12-ci seriyada dəyişir. : Senpay oğlan. Onun 32 yaşı var. O, 2-ci seriyada meydana çıxmışdır. : Musiqi oğlan. Onun 18 yaşı var. O, 3-cü seriyada meydana çıxmışdır. : Dialekt oğlan. Onun 14 yaşı var. O, 4-cü seriyada meydana çıxmışdır. : Astronom oğlan. Onun 20 yaşı var. O, 5-ci seriyada meydana çıxmışdır. : Xuni oğlan. Onun 15 yaşı var. O, 6-cı seriyada meydana çıxmışdır. : Xerub oğlan. Onun 5 yaşı olacaq. O, 7-ci seriyada meydana çıxmışdır. : Riadzyü oğlan. Onun 21 yaşı var. O, 8-ci seriyada meydana çıxmışdır. : Kitabxanaçı oğlan. Onun 28 yaşı var. O, 9-cu seriyada meydana çıxmışdır. : Gül kompozisiyası oğlanı. Onun 17 yaşı var və Yayoinin əkiz qardaşıdır. Əkiz qardaşı ilə birlikdə 10-cu seriyada meydana çıxmışdır. : Gül kompozisiyası oğlanı. Onun 17 yaşı var və Yanoqonun əkiz qardaşıdır. Əkiz qardaşı ilə birlikdə 10-cu seriyada meydana çıxmışdır. : Yatai oğlan. Onun 41 yaşı var. O, 11-ci seriyada meydana çıxmışdır.

İstehsal Animenin 2015-ci ilin may ayında buraxılması güman olunsa da, bəzi səbəblərdən iyul ayında ekranlara çıxmışdır. Serial Assez Finaud Fabric və Feel şirkəti tərəfindən istehsal olunmuşdur. Serialın prodüseri Earth Star Entertainment şirkəti, ssenari müəllifləri isə Yuniko Ayana və Ayumi Sekinedir. Personajların dizayneri Mika Yamomoto olmuşdur. Serialın açılış musiqisi olan "Makura no Danshi" mahnısının yazarı Masayoşi Oişi, səsləndirən isə Natsuki Hanaedir. Teleyayım və buraxılış Anime 13 iyul 2015-ci ildən Tokio MX və SUN-TV telekanallarında yayımlanmağa başlamışdır. Serial DVD şəklində 27 noyabr 2015-ci ildə işıq üzü görmüşdür. DVD versiyasına bir neçə yayımlanmayan seriya da daxil edilmişdir. Anime Comic Earth Star və Crunchyroll tərəfindən ABŞda, Kanadada, Mərkəzi və Cənubi Amerikada, Böyük Britaniya və İrlandiyada, Skandinaviya ölkələrində, Hollandiyada, CAR-da, Avstraliya və Yeni Zelandiyada eyni vaxta yayımlanmışdır.

Seriya siyahısı № Başlıq Yayım tarixi

İstinadlar

Xarici keçidlər Official anime website

Kateqoriya:Feel Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:2015-ci ilin anime serialları Kateqoriya:Earth Star Entertainment