Yura Movsisyan (; doğum 2 avqust 1987) — Ermənistanlı peşəkar futbolçu. ABŞ-nin əsas futbol liqasında mübarizə aparan "Real Salt Leyk" klubunun heyətində icarə əsasında çıxış edir. Müqavilə ilə "Spartak Moskva" klubuna məxsusdur. Yura həmçinin Ermənistan millisinin heyətində də çıxış edir. Hücumçu mövqeyində oynayan futbolçu millisinin heyətində 35 oyun keçirib və 10 qol vurub.

Həyatı Yura Movsisyan 2 avqust 1987-ci ildə Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində erməni ailəsində anadan olmuşdu. Ermənistan və Azərbaycan arasında münasibətlərin gərginləşməsindən sonra Yuranın ailəsi ABŞ-yə köçüb və ermənilərin kütləvi yaşadığı Los Ancelesdə məskunlaşıb. Movsisyan orada Pasadena Ali Məktəbində futbolla məşğul olur. Onun kumiri Tyeri Anridir.

Klub karyerası

Kansas Siti Movsisyan 13 may 2006-cı ildə "DC Yunayted" klubuna 2-1 uduzduqları qarşılaşmada əvəzetmədən meydana daxil olaraq "Kansas Siti"nin heyətində debüt edib. O, ilk peşəkar mövsümünün sonlarında əsas komandanın heyətində möhkəmlənə bilin. Növbəti mövsüm o peşəkar karyerasında ilk qolunun müəllifi olub. Bu hadisə 25 aprel 2007-ci ildə "Toronto"nu 3-0 hesabı ilə məğlub etdikləri qarşılaşmaya təsadüf edib. Daha sonra o qollarını sıralamağa başladı.

Real Salt Leyk 2007-ci ilin sentyabrında Movsisyan "Real Salt Leyk" klubuna keçdi. Movsisyan sentyabrın 17-də "Los Anceles Qalaksi" klubu ilə 2-2 hesabı ilə başa çatan qarşılaşmada debüt edib. Mövsümün son qarşılaşmasında o karyerasında ilk qırmızı vərəqəsini aldı. Növbəti mövsüm Movsisyan "Dinamo Hyuston" ilə qarşılaşmada "Real Salt Leyk" klubunun heyətində ilk qolunu vurdu. Bu hadisə 6 16 avqust 2008-ci ilə təsadüf edib. Movsisyan "Real Salt Leyk" klubunun tarixində ABŞ Kubokunun pley-of mərhələsində qol vuran ilk futbolçu olub. 2009-cu ildə o, klubun ABŞ Kubokunu qazanmağına kömək etdi.

Randers FC Movsisyan 2009-cu ildə Danimarkanın "Randers" klubu ilə ilkin razılaşma əldə etmişdi. 2010-cu ilin yanvar ayında o, bu klubla rəsmi müqavilə imzaladı. Yuranın rəsmi debütü 7 mart 2010-cu ildə "Esbyerq" klubu ilə qarşılaşmada baş verib. Yura Movsisyan 14 aprel 2010-cu ildə "Silkeborq" klubu ilə qarşılaşmada qol hesabını açıb. Mövsümü Yura 13 oyun və 7 qolla başa vurdu. Növbəti mövsüm o, klubun heyətində Avropa Liqası oyunlarında iştirak etdi. Mövsümün sonunda klubun əsas liqadan düşməməsində Yuranın oyunun böyük rolu oldu.

Krasnodar 2011-ci ilin qışında 2.5 milyon avroya Rusiyanın "Krasnodar" klubuna keçdi. Yuranın debütü mövsümünün ilk oyununa təsadüf etdi. 12 mart 2011-ci ildə "Anji" klubu ilə qarşılaşmada o, "Krasnodar"ın heyətində ilk oyununa çıxdı. Növbəti oyunda, "Spartak Nalçik"lə qarşılaşmada isə qol hesabını açdı. Yura mövsümü 14 qolla tamamladı və klub tərəfindən ilin oyunçusu seçildi. Növbəti mövsümün "Rubin"ə qarşı keçirilmiş açılış oyununda Movsisyan bir qolun müəlllifi oldu. Mövsümün sonunda Yuraya bir çox digər klublarla yanaşı "Krasnodar" da yeni müqavilə təklif etdi. Lakin klubun təklif etdiyi maaş Movsisyanı razı salmadı.

Spartak Moskva Movsisyan 8 dekabr 2012-ci ildə 7.5 milyon avroya "Spartak Moskva"ya keçdi. O, klubla 4.5 illik müqavilə bağladı. Müqaviləyə əsasən ilinə 1.5 milyon avro qazanmalı idi. O, "Spartak" tarixinin ən bahalı yeddinci transferidir. 10 mart 2013-cü ildə "Terek Qroznı" ilə qarşılaşmada debüt etdi. Bu qarşılaşmada o, het-trik etməklə yadda qaldı. Bu, Yuranın karyerasında ilk het-trik idi. "ÇSKA Moskva" ilə derbidə Movsisyan zədələnərək üç oyunu buraxmalı oldu. Növbəti mövsüm Yura üçün uğurlu başladı. O, "Krılya Sovetov" klubu ilə qarşılaşmada penaltidən fərqlənərək komandasına qələbə qazandırdı.

Real Salt Leykə qayıdış 15 yanvar 2016-cı ildə "Real Salt Leyk" klubu Movsisyanı icarə əsasında öz heyətinə qatdığını bildirdi.

Milli komanda Movsisyan 9 avqust 2010-cu ildə Ermənistan milli futbol komandasının heyətinə qoşuldu və iki gün sonra İranla yoldaşlıq görüşündə debüt etdi. O, UEFA Avropa Çempionatı 2012-nin təsnifat mərhələsində 4 qol və 5 məhsuldar ötürmənin müəllifi oldu.

Şəxsi həyatı Movsisyan Los Ancelesdə yaşayır. O, həm Ermənistan, həm də ABŞ vətəndaşıdır. Yura Marianna ilə evlidir və onların üç uşağı var: qızları Ayida (doğum 2012), Rita (doğum 2016) və oğlu Arman (doğum 2010).

Karyera statistikası

Klub + Bütün karyerasının göstəriciləriKlubMövsümLiqaKubokQitə yarışıYoldaşlıq/DigərCəmiOyunQolOyunQolOyunQolOyunQo l!OyunQolKansas Siti20061000000001002007185000000185 Total 28 5 0 0 0 0 0 0 28 5Real Salt Leyk2007500000005020082273100002582009268400000308 Total 53 15 7 1 0 0 0 0 60 16Randers2009–101370000001372010–111753455102614 Total 30 12 3 4 5 5 1 0 39 21Krasnodar2011-12371410006844222012–13139000000139 Total 50 23 1 0 0 0 6 8 57 32Spartak Moskva2012–1384000000842013–14271610220030182014–151621000001722015–16113000000113 Total 62 25 2 0 2 2 0 0 66 27Karyera cəmi 223 80 13 5 7 7 7 8 250 100

Milli komandada qollar No Tarix Yer Rəqib Hesab Nəticə Yarış 1. 7 sentyabr 2010 Filip II Arena, Skopye, Makedoniya Makedoniya 1–0 2–2 UEFA Avropa Kuboku 2012 seçmə mərhələ 2. 8 oktyabr 2010 Respublika Stadionu, İrəvan, Ermənistan Slovakiya 1–0 3–1 UEFA Avropa Kuboku 2012 seçmə mərhələ 3. 12 oktyabr 2010 Respublika Stadionu, İrəvan, Ermənistan Andorra 3–0 4–0 UEFA Avropa Kuboku 2012 seçmə mərhələ 4. 6 sentyabr 2011 Stadion pod Dubnom, Jilina, Slovakiya Slovakiya 1–0 4–0 UEFA Avropa Kuboku 2012 seçmə mərhələ 5. 6 may 2012 Respublika Stadionu, İrəvan, Ermənistan Qazaxıstan 3–0 3–0 Yoldaşlıq görüşü 6. 11 iyun 2013 Parken Stadionu, Kopenhagen, Danimarka Danimarka 1–0 4–0 FİFA Dünya Kuboku 2014 seçmə mərhələ 7. 3–0 8. 11 oktyabr 2013 Respublika Stadionu, İrəvan, Ermənistan Bolqarıstan 2–1 2–1 FİFA Dünya Kuboku 2014 seçmə mərhələ 9. 15 oktyabr 2013 Stadio San Paolo, Neapol, İtaliya İtaliya 1–0 2–2 FİFA Dünya Kuboku 2014 seçmə mərhələ 10. 29 mart 2015 Elbasan Arena, Elbasan, Albaniya Albaniya 1–0 1–2 UEFA Avropa Kuboku 2016 seçmə mərhələ

Uğurları

Klub Real Salt Leyk ABŞ Kuboku (1):' 2009

Şəxsi 2011-12 "Krasnodar" klubu Mövsümün Oyunçusu 2012-13 Rusiya Premyer Liqası bombardir

İstinadlar

Xarici keçidlər Oyunçu profili Danimarka Liqası oyunçu profili

Kateqoriya:ABŞ erməniləri Kateqoriya:Ermənistan futbolçuları Kateqoriya:Spartak Moskva FK futbolçuları Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:Ermənistanın kişi futbolçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Legioner Ermənistan futbolçuları Kateqoriya:Legioner ABŞ futbolçuları Kateqoriya:MLS futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Yurqorden FK futbolçuları Kateqoriya:Krasnodar FK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:ABŞ-də legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Rusiyada legioner futbolçular