Yaş Ray Çopra (; ) — Hindistan kino aktyoru, prodüser və ssenari müəllifi.
Həyatı Yaş Çopra 27 sentyabr 1932-ci ildə Lahorda anadan olub. Film çəkmək üçün 1973-cü ildə "Yash Raj Films" kino şirkətini yaratmışdır, hansı ki, bu şirkət Hindistanın ən böyük kino şirkəti idi. Həmin şirkət 20-dən çox film çəkmişdir. Ona görə də Yaş Çopra hind kino tarixinin ən böyük rəhbərlərindən biri hesab edilir və onu Bollivudun "Romantika kralı" adlandırırlar. O, 2005-ci ildə Padma Bhuşan ordeni ilə təltif olunmuşdur. Yaş Çopra 21 oktyabr 2012-ci ildə Hindistanın Maxaraştra ştatının Mumbay şəhərində vəfat etmişdir.
Filmoqrafiya Rejissorluq fəaliyyəti Toz içində çiçək (film, 1959) Taleyin oğlu (film, 1961) Daş ürək (film, 1973) Divar (film, 1975) Məhəbbət - bu həyatdır (film, 1976) Qara daş (film, 1979) Məhəbbət əlaqəsi (film, 1981) Məşəl (film, 1984) Çandni (film, 1989) Məhəbbət anı (film, 1991) Yazılmamış qanun (film, 1992) Qorxu altında həyat (film, 1993) Axmaq ürək (film, 1997) Qaçırılmamış Gəlin(film, 1995) Nə qədər ki, sağam(film, 2012) Vir və Zara (film, 2004)
Ssenari fəaliyyəti Məhəbbət əlaqəsi (film, 1981-ci il) Axmaq ürək (film, 1997) Xarici keçidlər
Yaş Çopranın həyatı Yash Raj Film rəsmi saytında
İstinadlar
Kateqoriya:Hindistan aktyorları Kateqoriya:Hindistan kinorejissorları Kateqoriya:Hindistan ssenaristləri Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:Hindistan prodüserləri