Fərəh Əbdülrəhim qızı Şəkinskaya () — Azərbaycan ictimai-siyasi və mədəniyyət xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (1998). Fərəh Şəkinskaya 1989–1993-cü illərdə mədəniyyət nazirinin müavini vəzifəsində işləmişdir.

Həyatı Fərəh Şəkinskaya 28 aprel 1936-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1958-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib. 1958-ci ildə ilk əmək fəaliyyətinə Bakı Şin Zavodunda mühəndis kimi başlayıb. Azərbaycan LKGİ və Azərbaycan Kommunist Partiyasının üzvü olmuşdur.

Fərəh Şəkinskaya 1960–1970-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inspektoru, 1970–1978-ci illərdə Azərbaycan KP Nərimanov Rayon Komitəsinin katibi, 10 avqust 1978 – 27 yanvar 1989-cu illərdə Bakı Şəhər Soveti İcrayyə Komitəsinin Mədəniyyət İdarəsinin rəisi vəzifələrində işləmişdir. 220px|left|thumb|Azərbaycan KP MK birinci katibi Heydər Əliyev Fərəh Şəkinskayanı təltif edərkən. 1975-ci il, Bakı. 27 yanvar 1989-cu ildə Fərəh Şəkinskaya Azərbaycan SSR Nazirlər Sovetinin fərmanı ilə Azərbaycan SSR mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilmiş və təqaüd yaşına qədər, 1993-cü ilədək mədəniyyət nazirinin müavini vəzifəsini tutmuşdur.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra yeni yeni formalaşdırılan Azərbaycan Respublikası Nazirlər Kabinetində, Baş nazir Həsən Həsənovun təkidi ilə, Fərəh Şəkinskaya Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilmişdir

Fərəh Şəkinskaya 1993-cü ildən 2012-ci ilədək Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru olaraq bu önəmli mədəniyyət ocağına rəhbərlik etmişdir.

Fərəh Şəkinskaya Azərbaycan milli mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.Fərəhli ömür yolu — Fərəh Şəkinskayanın xatirəsinə

Ailəsi Fərəh Şəkinskaya görkəmli alim-geoloq, 1991–1998-ci illərdə Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin Sədri Əkrəm Şəkinskinin (1929–1998) həyat yoldaşı idi.

Oğlu — polis general-mayoru Emin Şəkinski Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində çalışıb. 2020-ci ildə vəfat edib.

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçiləri Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları Kateqoriya:Azərbaycan SSR mədəniyyət nazirlərinin müavinləri Kateqoriya:Azərbaycan Respublikasının mədəniyyət nazirlərinin müavinləri