Qriffinlər, () — Set Makfarleyn tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər Piter və Lois, onların uşaqları Kris, Meq və Styui, həmçinin antropomorf it Brayandan ibarət olan uğursuz Qriffinlər ailəsi dayanır. Şoudakı hadisələr Rod-Aylend ştatının Providens dairəsinin Kuahoq adlı uydurma şəhərətrafı qəsəbəsində cərəyan edir. Serialın yumorunun böyük bir hissəsini çox vaxt ümumi süjetlə heç bir əlaqəsi olmayan — siyasət, köləlik, əlillik, feminizm, piylənmə və sair kimi müxtəlif həssas və mübahisəli mövzularda edilən zarafatlar təşkil edir.
"Qriffinlər" ideyası Makfarleynin ağlına hələ kollecdə oxuyarkən gəlib, amma onun reallaşdırmasına özünün ilk animasiya layihələri olan — "Larrinin həyatı" və "Larri və Stiv" üzərində işlədikdən sonra başlayıb. O, bu filmlərin əsas personajlarını, Larri və onun iti Stivi, müvafiq olaraq Piter və Brayana dəyişib. Makfarleyn 15 may 1998-ci ildə yeddidəqiqəlik pilot seriya çəkərək, öz ideyasını Fox telekanalının rəhbərlərinə təqdim edib, onlar layihəyə “yaşıl işıq” veriblər və beləcə serialın istehsalına başlanılıb. 2002-ci ildə, üç mövsüm nümayiş olunduqdan sonra serialın yayımını dayandırıblar. Lakin "Qriffinlər"in DVD buraxılışlarının yaxşı satışı və Adult Swim-də yüksək reytinqlər göstərməsi, 2004-cü ildə rəhbərliyi şounun yayımını bərpa etməyə vadar edib.
Serial 24 dəfə Praym-Taym "Emmi" mükafatına namizəd olub (yeddi dəfə qalib gəlib). Şou 2009-cu ildə "Ən yaxşı komediya serialı" nominasiyasında mükafata namizəd olmuş və bununla da "Daş dövrü" (1961-ci ildə namizəd olub) cizgi filmindən sonra bu nominasiyasında mükafata namizəd olmuş ikinci animasiya layihəsi olmuşdur. Qriffinlər 13 dəfə "Enni mükafatı"na (üç dəfə qalib gəlib) namizəd göstərilib. Serial dəfələrlə kult serial adını qazanıb. Serial eyni zamanda "Simpsonlar"la oxşarlığına görə tez-tez tənqidlərə məruz qalır.
Serialın uğur dalğasında Mezco Toys şirkətinin oyuncaq seriyası, "HarperCollins" nəşriyyatının çap etdiyi altı kitab, komikslər, DVD və Blu-ray buraxılışları, videooyunlar və pinbol avtomatı da daxil olmaqla, bir çox əlaqədar məhsullar istehsal olunmuşdur (2007). 2011-ci ildə "Qriffinlər"in tammetrajlı versiyası üzərində iş aparılması barədə məlumat təsdiq olunmuşdur. 27 sentyabr 2009-cu ildə "Qriffinlər"in spin-offu olan "Klivlend şou"nun premyerası keçirilib.
Yaradılma
thumb|left|Larri (solda) və Stiv (sağda) müvafiq olaraq, Piter və Brayan Qriffinlər üçün prototip idilər. "Qriffinlər" ideyası Makfarleynin ağlına 1995-ci ildə, Providens şəhərində yerləşən Rod-Aylend dizayn məktəbində oxuyarkən gəlib. Onun diplom işi "Larrinin həyatı" adlı qısametrajlı animasiya filmi olub. Cizgi filmi animasiya studiyasının rəhbərlərinə müsbət təsir bağışladı və onlar Makfarleynə iş təklif etdilər. O, 1997-ci ildə Larri adlı orta yaşlı kişi ilə onun intellektual iti Stiv arasında olan münasibətləri göstərən "Larri və Stiv" adlı diplom işinin sikvelini çəkib. Sikvel 5 fevral 1997-ci ildə Cartoon Network kabel televiziyası kanalında yayımlanan, What-a-Cartoon animasiya şousunun hissəsi kimi göstərilmişdir. Həmin vaxt Makfarleynin 23 yaşı var idi. "Larri və Stiv" cizgi filmi, Superboul yayımının reklam blokunun nümayişi zamanı 20th Century Fox şirkətinin rəhbərlərinin diqqətini cəlb etdi və onlar Makfarleynə "Larri və Stiv" cizgi filminin baş qəhrəmanları əsasında yeni serial yaratmağı təklif etdilər. Onlar Makfarleynə serialın təqdimatının yaradılması üçün 50 000 dollar vəsait ayırdılar. Makfarleyn evdə altı ay işlədikdən sonra "Qriffinlər"in hazır layihəsini onlara təqdim etdi.
Yeni serial yuxarıda qeyd olunan qısametrajlı animasiya filmlərinin bəzi xüsusiyyətlərini özünə götürüb. Xüsusilə, Larri və Stiv müvafiq olaraq, Piter və Brayan Qriffinlər üçün prototip idilər. Makfarleyn zarafatla qeyd edirdi ki, “Larrinin həyatı” və “Qriffinlər”in arasındakı fərq ondan ibarətdir ki, birincinin premyerası tələbə yataqxanasının otağında, ikincinin təqdimatı isə Superboul oyununun nümayişindən sonra həyata keçmişdi. Makfarleyn "Simpsonlar", "Ailədəki hər kəs" və "Larri Sandersin şousu" kimi sitkomlardan öz yaradıcılığı üçün ilham aldığını söyləyib. O, həmçinin uşaqlıqda baxdığı — "Fonts və dəstə", "Xoşbəxt günlər", "Rubik — qəribə kubik" kimi 1980-ci illərdə yayımlanan şənbə günü səhəri cizgi filmlərinin onda xoş təəssüratlar yaratmadığını bildirib.
Başlanğıcda layihəni Ağılsız televiziya sketç şousu üçün qısametrajlı seriyalar şəklində buraxmaq planlaşdırılırdı. Amma planlar dəyişib: Ağılsız televiziya serialının cizgi filmi istehsalı üçün kifayət qədər büdcə vəsaiti yox idi. Makfarleyn "Qriffinlər"i Fox telekanalının rəhbərlərinə ilk dəfə 15 may 1998-ci ildə nümayiş etdirib. Cizgi filminin yeddi dəqiqlik demo versiyası kanal rəhbərlərini heyran edib. Makfarleyn Fox televiziyasının ayrıca serial buraxmağa hazır olması barədə məlumatı ilk dəfə, internetdə teleşirkətin "Qriffinlər"in 13 seriyasını alması haqda oxumuş anasından öyrəndiyini etiraf edib.
Seriyalar
{| class="wikitable" style="text-align:center;" |- ! style="padding: 0px 8px" colspan="2" rowspan="2"|Mövsümlər ! style="padding: 0px 8px" rowspan="2"|Seriyalar ! colspan="2"|Orijinal efir vaxtı ! colspan="2"|Nilsen reytinqi |- ! İlk yayım ! Sonuncu yayım ! style="padding: 0px 8px"| Sıra ! style="padding: 0px 8px"| İzləyicilər (milyon) |- | style="background:#FBEC5C;"| | 1 | 7 | 31 yanvar 1999 | 16 may 1999 | 33 | 12.80 |- | style="background:#75A1CD;"| | 2 | 21 | style="padding: 0px 8px"| 23 sentyabr 1999 | 1 avqust 2000 | 114 | 6.32 |- | style="background:#2fce1f;"| | 3 | 22 | 11 iyul 2001 | 10 dekabr 2004 | 125 | 4.50 |- | style="background:#C273FF;"| | 4 | 30 | 1 may 2005 | 21 may 2006 | 68 | 7.90 |- | style="background:#f93;"| | 5 | 18 | 10 sentyabr 2006 | 20 may 2007 | 71 | 7.20 |- | style="background:#AE0F1A;"| | 6 | 12 | 23 sentyabr 2007 | 4 may 2008 | 84 | 7.94 |- | style="background:#fbec5d;"| | 7 | 16 | 28 sentyabr 2008 | 17 may 2009 | 69 | 7.56 |- | style="background:skyBlue;"| | 8 | 21 | 27 sentyabr 2009 | 20 iyun 2010 | 53 | 7.73 |- | style="background:#192870;"| | 9 | 18 | 26 sentyabr 2010 | 22 may 2011 | 56 | 7.66 |- | style="background:#9cd298;"| | 10 | 23 | 25 sentyabr 2011 | 20 may 2012 | 63 | 7.30 |- | style="background:#000000;"| | 11 | 22 | 30 sentyabr 2012 | 19 may 2013 | 62 | 6.94 |- | style="background:#594022;"| | 12 | 21 | 29 sentyabr 2013 | 18 may 2014 | 78 | 6.11 |- | style="background:#8c2528;"| | 13 | 18 | 28 sentyabr 2014 | 17 may 2015 | 94 | 5.86 |- | style="background:#ebb400;"| | 14 | 20 | 27 sentyabr 2015 | 22 may 2016 | 111 | 4.28 |- | style="background:#75A1CD;"| | 15 | 20 | 25 sentyabr 2016 | 21 may 2017 | 116 | 3.93 |- | style="background:#A52A2A;"| | 16 | 20 | 1 oktyabr 2017 | 20 may 2018 | 136 | 3.52 |- | style="background:#00bba2| |17 |20 |30 sentyabr 2018 |12 may 2019 |1312018-19 TV Season Ratings: CBS Wraps 11th Season At No. 1 In Total Viewers, NBC Tops Demo; ‘Big Bang Theory’ Most Watched Series (ingilis). Deadline Hollywood. 21 May 2019. |3.33 |- | style="background:#99FF00| |18 |20 |29 sentyabr 2019 |17 may 2020 |107 |2.65 |- | style="background:#87CEEB| |19 |20 |27 sentyabr 2020 |16 may 2021 |120 |2.19 |- | style="background:#EDC9AF| |20 |20 |26 sentyabr 2021 |22 may 2022 |111 |1.90 |- | style="background:#05B757| |21 | |25 sentyabr 2022
İstehsal
Ssenari 253px|thumb|right|Set Makfarleyn ABŞ ssenariçilər gildiyasının tətili zamanı çıxış edərkən. Animasiya əllə çəkildiyindən, bir seriyanın yaradılmasına təxminən 10 ay vaxt gedir. Buna görə də şou, bir seriyasının yaradılmasına təxminən üç həftə vaxt sərf olunan "Cənubi Park"dan fərqli olaraq, nadir hallarda dünyada baş vermiş son hadisələri özündə əks etdirir. Makfarleynin birlikdə işləməli olduğu ilk ssenari müəllifləri, əvvəllər heç vaxt animasiya şousu üçün ssenari yazmamışdılar: buna qədər onlar yalnız oyun sitkomlarının yaradılmasında iştirak etmişdilər.
Makfarleyn köhnə dramatik radio tamaşaların "böyük pərəstişkarı" olduğunu bildirib. Hər bir ayrıca buraxılışı "qorxunc" ad altında çıxan, 1940-cı illərin çoxseriyalı radio tamaşası olan "Saspens" belə tamaşalardan biri idi. Məhz bu radio tamaşa Makfarleyni "Ölümündə kölgəsi var" və "Ağıl qətldən üstündür" seriyalarına süjetlə heç bir əlaqəsi olmayan adlar qoymağa ruhlandırıb. İlk dörd seriyadan sonra belə adlandırmalardan imtina edilib. Ssenari müəlliflərinin serial üzərində işlədikləri ilk aylarda ayrıca kabinetləri olmadığından, onlar, "Dağ hökmdarı" yaradıcılarının komandasının yerləşdiyi ofisdə işləməyə məcbur idilər.
2007—2008-ci illərdə ABŞ ssenaristlər gildiyasının tətili zamanı Fox telekanalı Makfarleynin yekun razılığı olmadan seriyaların buraxılışını davam edirdi. Makfarleyn "Variety" jurnalına müsahibəsində studiyanın bu hərəkətini bərk tənqid etmişdir. Amma hüquqi baxımdan şirkətin Makfarleyn olmadan da serial üzərində işləmək hüququ var idi. Studiya Makfarleynin iştirakı olmadan iki seriya buraxıb. Tətil 12 fevral 2008-ci ildə başa çatıb.
İlk seriyalar və efirdən yığışdırılması "Qriffinlər"in "Ölümündə kölgəsi var" adlı ilk seriyasının premyerası, Superboul XXXIII yayımından dərhal sonra, 31 yanvar 1999-cu ildə keçirilib. 22 milyon tamaşaçı tərəfindən izlənilən ilk seriya, böyüklər üçün nəzərdə tutulmuş səhnələrin çoxluğu səbəbindən mübahisələr doğurmuşdur. "Mən heç vaxt bu ölünü görməmişəm" adlı ikinci seriyasının premyerası isə, 11 aprel 1999-cu ildə, yerli vaxtla saat 20:30-da keçirilmişdir. İlk mövsümün sonunda "Qriffinlər" 12.8 milyonluq tamaşaçı auditoriyası ilə Nilsen reytinqində 33-cü yerdə qərarlaşdı. İkinci mövsüm isə 23 sentyabr 1999-cu ildə, yeni taymslotda – cümə axşamı, saat 21:00-da efirə çıxmışdır. "Qriffinlər" NBC telekanalında yayımlanan "Freyzer" teleserialı ilə rəqabət aparırdı, bu səbəbdən onların reytinqi xeyli azalmışdı. Şou üç aylıq fasilədən sonra, 7 mart 2000-ci ildə yeni taymslotda – çərşənbə axşamı, saat 20:30-da ekranlara qayıdıb. Serial ABC kanalında yayımlanan və Nilsen reytinqinin hazırladığı siyahıda ilk üç yeri tutan "Dövlətli olmaq istərdinmi?" intellektual oyunu ilə rəqabət aparmağa məcbur oldu. "Qriffinlər" 6.32 milyon nəfərlik auditoriya ilə həmin siyahıda yalnız 114-cü yeri tuta bilmişdi.
"Qriffinlər"in ikinci və üçüncü mövsüm ərzində müxtəlif günlərdə və taymslotlarda efirə çıxması onun reytinqinin daha da aşağı düşməsinə səbəb oldu. 15 may 2002-ci də Fox telekanalı payızda yayımlayacağı verilişlərinin proqramını elan etdi. "Qriffinlər"in adı bu proqramların arasında yox idi. Həmin il serial rəsmən ləğv olundu.
Uğuru və nümayişinin bərpası Fox şounun təkrar yayım hüququnu satmağa cəhd edirdi, ancaq bunda maraqlı olan telekanalları tapmaq çətin idi. Sonda yayım hüququnu Cartoon Network kanalı alıb. 20th Century Fox televiziyasının prezidentinin sözlərinə görə kanal yayım hüququnu "demək olar ki, pulsuz" əldə edib. "Qriffinlər"in təkrar yayımının premyerası 20 aprel 2003-cü ildə Adult Swim-in gecə blokunda keçirilmişdir. Serial öz auditoriyasını 239% artırmış və blokda ən uğurlu olmuşdur. Bir az əvvəl, həmin il aprelin 15-də Fox serialın ilk 28 seriyasından ibarət DVD buraxmışdır. Şou mədəni fenomen olub: bir aydan da az bir müddət ərzində təxminən 400 000 nüsxəsi satılıb. Tezliklə satılan DVD sayının həcmi 2,2 milyon nüsxəyə çatıb. "Qriffinlər" Comedy Central kabel televiziyası kanalında yayımlanan "Şapellin şousu" sketçinin ilk mövsümündən sonra, tarixdə DVD-si ən çox satılan ikinci televiziya şousu olub. Cizgi serialı bundan əlavə, 2003-cü ildə DVD-si ən çox satılmış televiziya şousu olub. "Qriffinlər"in DVD buraxılışlarının yaxşı satışını və Adult Swim-də yüksək reytinqlər göstərməsini nəzərə alan Fox telekanalının rəhbərliyi şounun yayımını bərpa etmək barədə qərar qəbul edib. 2003-cü ilin noyabr ayında teleşirkətin serialın 35 yeni seriyasını buraxmağı planlaşdırdığı məlum oldu.