thumb|267x267px| Gibson səhrası |left
Gibson səhrası () — Avstraliyanın Qərbi Avstraliya ştatı ərazisində yerləşən səhra. Şimaldan Böyük Qumlu səhra, cənubdan isə Böyük Viktoriya səhrası ilə əhatələnmişdir. Səhranın sahəsi 155 530 km² təşkil edir. Əsasən şeben adlı suxurlarla örtülmüşdür. Bölgəni ilk tətqiq etmiş səyyahlar səhranı «böyük təpəli səhra»Gibson desert — Terrestrial Ecoregions adlandırmışdır.
Səhrada orta hündürlük 411 m, şərq hissədə isə maksimal mündürlük 762 metrdir. Bu yüksəkliklər əsasən qranit və ya qumdan ibarətdir. Səhra qərbdən Hamersli silsiləsi ilə əhatələnir.. Qərb hissədə çoxlu sayda göl vardır. Bu hissədə ən böyük göl Disappointment gölüdür (330 km²). İllik yağıntının miqdarı 250 mm keçmir.
Səhranın əsas əhalisi Avstraliya aborigenləridir. Əsasən maldarlıq üçün istifadə edilir. Səhra ilk dəfə 1873 (və ya 1874Gibson Desert (desert, Western Australia, Australia) — Britannica Online Encyclopedia) ildə ingilis ekspedisiyasının rəhbəri Ernest Cayls (Ernest Giles) tərəfindən kəşf edilir. Səhra 1876-cı ilə tam keçilir. Adı ekspedisiya üzvü olan və su axtarışına çıxarkən həlak olan Alfred Gibsonun şərəfinə Ernest Cayls tərəfindən qoyulmuşdur.
1977-ci ildə səhra ərazisində qoruq () təşkil edilir. Qoruğun sahəsi 1 859 286 ha təşkil edir. Burada mövcud olan göllərə nadir hallarda düşən yağışdan sonra quşları müşahidə edilir.
İstinadlar
Xarici keçidlər Rangelands — Overview — Gibson Desert
Kateqoriya:Avstraliya səhraları