Nino Burcanadze () — Gürcü siyasətçisi və dövlət xadimi.

Həyatı Nino Burcanadze 1964-cü il də Kutaisidə, Sov.İKP Terjol rayon partiya komitəsinin birinci katibi Anzor Burcanadzenin ailəsində doğulub. O, 1981-ci ildə Kutaisidə A.Sereteli ad. 2 saylı orta məktəbi əla qiymətlərlə, 1986-cı ildə İ. Cavaxaşvili ad. Tbilisi Dövlət Universitetinin Hüquq Fakültəsini bitirib. 1986-cı ildə Yu.Lomonosov ad. Moskva Dövlət Universitetinin hüquq fakültəsi beynəlxalq hüquq kafedrasının aspiranturasına daxil olub. 1990-cı ildə Nino Burcanadze “İstismar-təsərrüfat fəaliyyəti həyata keçirən beynəlxalq təşkilatların hüquqi təbiəti və hüquqi statusu” mövzusunda dissertasiya müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsi almışdır.

1991-ci ildə o, Tiflis Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər kafedrasının dosenti olub. Eyni zamanda, Gürcüstan Parlamenti və Ətraf Mühitin Mühafizəsi və Təbii Ehtiyatlar Nazirliyi üçün beynəlxalq hüquq üzrə ekspert-məsləhətçisi kimi də çalışıb.

İstinadlar

Kateqoriya:Gürcüstan prezidentləri Kateqoriya:Gürcüstan siyasətçiləri Kateqoriya:Gürcü siyasətçilər Kateqoriya:Qadın prezidentlər Kateqoriya:Gürcüstan parlamentinin deputatları Kateqoriya:XX əsr hüquqşünasları Kateqoriya:XXI əsr hüquqşünasları Kateqoriya:Tbilisi Dövlət Universitetinin müəllimləri Kateqoriya:Gürcüstan prezidentliyinə namizədlər Kateqoriya:Gürcüstan hüquqşünasları