Atatürk Hava Limanına terror hücumu — 28 iyun 2016-cı ildə yerli saatla 21:22-də İstanbuldakı Atatürk Hava Limanının 2-ci terminalında üç terrorçu tərəfindən həyata keçirilən terror hücumu. Türkiyə Daxili İşlər Naziri Əfqan Alanın verdiyi məlumata əsasən terror hücumu zamanı 3 terrorçu da daxil olmaqla 47 nəfər ölmüş, 238 nəfər yaralanmışdır.,

29 iyun 2016-cı il tarixində Türkiyə və Şimali Kipr Türk Respublikasında milli matəm elan edildi və bayraqlar yarıya endirildi.

Hücum thumb|Terminal 2 (right) access road (middle) and car park (left) where attacks took place Hadisədən 32 gün əvvəl İstanbula gələn 3 terrorçu Fatih rayonunda ev tutmuşdular. Hadisə günü saat 20:35-də evdən çıxan terrorçular 20:45-də taksiyə minərək Atatürk Hava Limanına yollandılar. Yarım saat sonra taksi hava limanına çatdı. Burada da yarım saat gözləyən terrorçular daha sonra 3 fərqli yönə hərəkət edirlər. Terrorçulardan biri alt mərtəbədə olan xarici uçuşlar gəliş terminalına yönəlib, digər ikisi isə xarici uçuşlar gediş terminalına qalxıb. Xarici uçuşlar gəliş terminalına gedən terrorçu burada atəş açmış və özünü partlatmışdır. Bundan dərhal sonra xarici uçuşlar gediş terminalına gedən iki terrorçu hərəkət geçib. Terrorçulardan biri x-ray cihazından keçərək "Biraz sonra burada bomba patlayacaq" deyərək qışqırdı. Bundan təşvişə düşən sərnişinlər çıxışa doğru qaçmağa başladılar. Burada gözləyən ikinci terrorçu isə onlara atəş etmiş, daha sonra özünü partlatmışdır. Sağ qalan üçüncü terrorçu isə pilləkənlər tərəfə gedərək, aşağıdakı partlamadan qaçanları hədəf almış və özünü partlatmışdır.,

Qurbanlar Hadisə vaxtı ölən 43 şəxsdən 19-u xarici vətandaşdır. Ölən 15 hava limanı işçisi üçün 30 iyun 2016-cı il tarixində anım mərasimi keçirilmişdir. Qurban Yaşı Vətəndaşlıq İstinad Abdülhekim Buğda - Türkiyə , Abrorjon Ustabayev 22 Özbəkistan Adem Kurt 32 Türkiyə , Ali Zülfikar Yorulmaz - Türkiyə Çağlayan Çöl 27 Türkiyə , Ercan Sebat 41 Türkiyə , Erol Eskisoy 44 Türkiyə ,, Ertan An 38 Türkiyə ,, Ethem Uzunsoy - Türkiyə Habibullah Sefer 26 Əfqanıstan ,, Hüda Amiri 9 Türkiyə, Səudiyyə Ərəbistanı ,, Hüseyin Tunç 28 Türkiyə , Göksel Kurnaz 38 Türkiyə , Gülşen Bahadır 27 Türkiyə ,, Ferhat Akkaya - Türkiyə Fethi Bayoudh - Tunis Kerime Amiri 24 Türkiyə, Səudiyyə Ərəbistanı ,, Mahmut Çizmecioğlu - Türkiyə ,, Mahmut Mert - Türkiyə , Meryem Amiri 14 Türkiyə, Səudiyyə Ərəbistanı ,, Merve Yiğit 22 Türkiyə , Muhammed Eymen Demirci 25 Türkiyə ,, Murat Güllüce - Türkiyə , Mustafa Bıyık - Türkiyə , Mustafa Bayraklı 51 Türkiyə Özgül İde 21 Türkiyə , Serkan Türk - Türkiyə , Sıddık Turgan - Türkiyə Sıdık Peçenek - Türkiyə , Tevfik Yusuf Haznedaroğlu - Türkiyə Yasin Öcal 25 Türkiyə , Yusuf Teyfik Haznedaroğlu 36 Türkiyə ,, Umut Sakaroğlu 31 Türkiyə ,, Zehra Amiri 18 Türkiyə, Səudiyyə Ərəbistanı ,,

Təşkilatçılar Aparılan istintaq nəticəsində 3 terroristdən ikisinin şəxsiyyəti məlum olmuşdur., Rakim Bulgarov - Rusiya vətəndaşı Vadim Osmanov - Rusiya vətəndaşı

Hadisədən sonra İstintaq Bakırköy Baş Prokurorluğu tərəfindən terror hücumu ilə əlaqədar olaraq istintaq başlanmışdır.

Reaksiyalar Milli

Beynəlxalq

- Kansler Angela Merkel Avropa Şurası liderlərinin zirvə toplantısının keçirildiyi Brüsseldə keçirtdiyi mətbuat konfransında Avropa İttifaqı liderlərinin şok içində olduğunu ifadə edərək "Bütün Türk xalqına terrorla mübarizədə birlik olduğumuzu və bir-birimizi dəstəkləyəcəyimizi çatdırmaq istəyirəm" deyib. - Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana yolladığı məktubda həlak olanların ailələrinə və yaxınlarına, Türkiyə xalqına başsağlığı vermiş, yaralananlara şəfa diləmiş, terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab etmişdir. İ.Əliyev həmçinin R.T.Ərdoğana telefonla zəng etmişdir.

Beynəlxalq təşkilatlar

İstinadlar

Kateqoriya:2016-cı ildə Türkiyədə terror hadisələri Kateqoriya:Türkiyədə aviasiya hadisələri