Alabama ilk aviasiya hadisəsi 10 mart 1910-cu ildə Orvil Raytın Montqomeridə həyata keçirdiyi uçuşdur.

Hadisələr 1909 : E.T. Odum Alabama Ştat Yarmarkasına təyyarə gətirdi. 15 mart 1910 : Orvil və Uilbur Rayt ölkənin ilk mülki uçuş məktəbinin əsasını Montqomeridə qoydular. 1931 : Stedhem Ekkr Birminqem Bələdiyyə Hava Limanında Milli Hava Karnavalı seriyasının hava şousuna başladı. 10 iyul 1991 : Lekspres Hava Yolları reys 508 Birminqem Bələdiyyə Hava Limanında qəzaya uğradı.

Təyyarə istehsalçıları Boeing Delta-4 roketlərini Dekeyterdə istehsal edir. Continental Motors (başlıca ümumi aviasiya təyyarələri üçün mühərrik istehsalçısı) mərkəzi Mobildə yerləşir. Airbus A320 tipli təyyarələri Brukli Mobil Aeropleksində yerləşən sənaye kompleksində qurur.

Aerokosmik Albamada 73,000 iş yeri aerokosmik sahəyə əsaslanır. Milli Kosmik Elm və Texnologiya Mərkəzi NASA və Alabamada yerləşən yeddi elmi tədqiqat universitetinin birgə tədqiqat müəssisəsidir. Continental Motors Services CD-135 və CD-155 mühərriklərinin son montaj işlərini Feyrhopda həyata keçirir.

Hava limanları Alabama hava limanlarının siyahısı

Kollec və universitetlər Obern Universiteti ölkənin ən qədim daimi fəaliyyətdə olan uçuş məktəbinə ev sahibliyi edir və Alabamada aviasiya sahəsində dörd illik təhsil dərəcəsi verən yeganə təhsil ocağıdır. Bu yaxınlarda Obern Universiteti Aviasiya Mərkəzi yaradılmışdır. Aviasiya Mərkəzinin məqsədi "... tələbə üçün imkanlar yaradan və dövlətin iqtisadi inkişafını gücləndirən güclü, vizyonlu bir aviasiya proqramı yaratmaqdır".

Kommersiya xidməti Birminqem-Şattlsvort Beynəlxalq Hava Limanı ildə 1.4 milyon nəfərə xidmət edir.

Hökumət və hərbi right|thumb|Maksvell Bazasının yuxarıdan görünüşü (1937-ci il). Alabamadakı bütün uçuşlar FAA-nın nəzarətində həyata keçirilir. Maksvell Hava Qüvvələri Bazası ABŞ Hərbi Hava Qüvvələri Hava Universitetinin baş qərargahıdır. Redstoun Arsenalı raket və kosmik əməliyyatları dəstəkləyir. Marşal Kosmik Uçuş Mərkəzi NASA əməliyyatlarını dəstəkləyir. ABŞ Ordusu Hava Korpusunun Taskiqi pilotları Taskiqidə təlim keçiblər. Alabama Ştat Polisi Aviasiya Dəstəsinin dörd Bell H-13 Sioux və bir Cessna 182 istifadə edərək 1975-ci ildə yaradıldı. Hal-hazırda dəstə bir Bell 206L, bir Bell 407, yeddi Bell OH-58 vertolyotlarından və üç Cessna 182, Piper PA-31 Navajo və King Air 200 təyyarələrindən istifadə edir. Kallmen Şəhər Polis İdarəsi 2 OH-58, Deyl Qraflığı Şerif İdarəsi 3 OH-58, Etova Qraflığı Şerif İdarəsi bir OH-58 və bir Cessna 172, Cefferson Qraflığı Şerif İdarəsi 2 OH-58, Laymstoun Qraflığı Şerif İdarəsi bir OH-58, Morqan Qraflığı Şerif İdarəsi bir OH-58, Taskalusa Qraflığı Şerif Aviasiya Dəstəsinin 2 OH-58, Taskalusa Alabama Polis İdarəsi 2 OH-58-dən istifadə edir.

Muzeylər Cənub Uçuş Muzeyi Birminqemdə yerləşir və Alabama Aviasiya Şöhrət Zalına ev sahibliyi edir. ABŞ Ordusu Aviasiya Muzeyi Ozark yaxınlığındakı Fort-Rakerdə yerləşir. ABŞ Kosmik və Raket Mərkəzi Hantsvilldə yerləşir.

Qalereya

İstinadlar