KonoSuba: God's Blessing on this Wonderful World! və ya qısaca KonoSuba — Natsume Akatsuki tərəfindən yaradılmış və yazılmış komediya roman seriyası. Roman seriyası Kazuma Sato adlı oğlanın öldükdən sonra fentezi dünyasına düşməsindən, bu dünyada bir ilahə, bir sehrbaz və bir səlibçi ilə ittifaq yaradıb bədheybətlərə qarşı döyüşməsindən bəhs edir. Əsər ilk növbədə veb-roman şəklində 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabrına qədər "Shōsetsuka ni Narō" veb-roman saytında yayımlanmışdır. Veb-roman daha sonra Kurone Mişimanın rəssamlığı ilə ranobe şəklinə salınmış və 2013-cü ilin oktyabrında "Kadokawa Shoten" nəşriyyatının "Kadokawa Sneaker Bunko" imprinti altında nəşr olunmağa başlamışdır.
Masahito Vatanarinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası "Fujimi Shobo" nəşriyyatının "Monthly Dragon Age" jurnalında 2014-cü ilin oktyabrından nəşr olunur. 2015-ci ilin martında "HobiRecords" tərəfindən drama CD buraxılmışdır. "Studio Deen" tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası Yaponiyada 2016-cı ilin yanvarından martına kimi yayımlanmışdır. Anime serialının ikinci mövsümü 2017-ci ildə, üçüncü mövsümü 2024-cü ildə yayımlanmışdır. 2019-cu ildə "KonoSuba: God's Blessing on This Wonderful World! Legend of Crimson" adlı anime filmi adaptasiyası buraxılmışdır.
Məzmun
Vaxtsız və utandırıcı şəklildə öldükdən sonra adi bir hikikomori oğlan olan Kazuma Sato axirət dünyasında Akva adlı ilahə tanış olur. Akva ona MMORPG elementlərinə malik paralel dünyada reinkarnasiya olmağı və bu dünyada macəralara çıxıb bədheybətlərə qarşı döyüşməyi təklif edir. Akva bildirir ki, paralel dünyaya getməzdən əvvəl istədiyi bir şeyi seçib özü ilə apara bilər. Akvanın bəzi hərəkətlərindən əsəbləşən Sato onu seçir və Akva heç istəmədən onunla Aksel şəhərinə getməyə məcbur olur. Lakin Kazuma Akvanın əslində yararsız ilahə olduğunu dərk edir və onu seçdiyinə peşman olur. Şeytan kral məğlub edilmədiyi müddətcə axirət dünyasına qayıda bilməyən Akva Kazuma ilə ittifaq bağlayır. Tezliklə qruplarına daha iki nəfər qatılır: partlayışlar törətməyi çox sevən sehrbaz Mequmin və mazoşist səlibçi Darkness. Lakin qrupun üzvləri çox yararsız olduğundan Kazuma Şeytan kralı məğlub etmək əvəzinə rahat yaşamaq qərarına gəlir. Lakin gündəlik həyatda qarşılaşdığı təhlükələrə görə Kazuma və dostları düşmənlərə qarşı döyüşməyə məcbur olurlar.
Nəşr olunma
Natsume Akatsuki romanı əvvəlcə veb-roman şəklində 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabrına kimi "Shōsetsuka ni Narō" veb-roman saytında yayımlamışdır. Yazıçı Viz və Vanirin daxil olduğu yan hekayə yazmışdır. Kurone Mişimanın rəssamlığı ilə hazırlanan ranobe seriyası 1 oktyabr 2013-cü ildən "Kadokawa Shoten" nəşriyyatının "Kadokawa Sneaker Bunko" imprinti altında nəşr olunur. 1 may 2020-ci ilə qədər ranobenin 17 cildi buraxılmışdır. Ranobenin hekayəsi 6-cı cilddən etibarən veb-romanın hekayəsindən ayrılır, eləcə də, personajların yaşlarında da fərqliliklər var. Akatsuki və Mişima tərəfindən yazılıb çəkilən adlı spin-off ranobe seriyası 1 iyul 2014-cü ildən nəşr olunur və 1 iyun 2015-ci ilə kimi 3 cildi buraxılmışdır. Bu ranobedə əsas hadisələrin başlamasından 1 il əvvəl Mequminin macəralarından söz açır. adlı sikvel romanı isə 28 dekabr 2016-cı ildə buraxılmışdır. Vanirdən bəhs edən adlı bir başqa spin-off ranobe seriyası 1 aprel 2016-cı ildə nəşr olunmuşdur.
Uihime Haqurenin rəssamlığı ilə Hirukuma tərəfindən yazılan üçüncü spin-off 1 2017-ci ildən nəşr olunur və adlanır. İkinci cildi 1 dekabr 2017-ci ildə buraxılmışdır.
Yen Press 20 may 2016-cı ildə ranobeni lisenziyalaşdırdığını açıqlamışdır.
Digər media
Manqa
Masahito Vatanarinin rəssamlığı ilə istehsal olunmuş manqa adaptasiyası Fujimi Shobo nəşriyyatının "Monthly Dragon Age" jurnalında 9 sentyabr 2014-cü ildən nəşr olunur. 2026-cü ilin avqust ına qədər 23 tankobon cildi buraxılmışdır. "A Spotlight For (Even) This fool! Gifting this Wonderful World with Blessings! Extra" adlı spin-off manqa ranobenin 12-ci cildi ilə birlikdə buraxılmışdır. Kuma Hiru və Haqure Yuki tərəfindən hazırlanan bu ranobe Vanirlə birlikdə problemlə üzləşən Dastdan bəhs edir.
Yen Press manqa adaptasiyasını Şimali Amerika üçün lisenziyalaşdırdığını açıqlamışdır.
Videooyun Tachi tərəfindən PC üçün istehsal olunmuş adlı oyun 25 mart 2016-cı ildə anime serialının birinci BD / DVD cildi ilə birlikdə buraxılmışdır. Oyun RPG Tsukūru VX proqram təminatı ilə hazırlanıb. ledybug and Krobon tərəfindən istehsal olunmuş "KonoSuba: God's Blessing on this Wonderful World! Revival of Beldia" () ikinci mövsümün birinci BD / DVD cildinin məhdud nəşri ilə 28 aprel 2017-ci ildə buraxılmışdır. Sayd-skroller tərzində olan oyunun geympleyi "Mega Man" seriyasını xatırladır.
5pb. tərəfindən PS Vita və PS4 platformaları üçün istehsal olunmuş "KonoSuba: God's Blessing on this Wonderful World! Judgment on this Greedy Game!" () vizual romanı 7 sentyabr 2017-ci ildə buraxılmışdır. Oyun orijinal hekayəyə malikdir: Kazuma yaxınlıqdakı kimsənin alt paltarını oğurlamağa imkan verən lənətli üzük tapır. Lənəti qaldırmağın yeganə yolu puldur. Oyun "Alt paltarı mühakiməsi" sistemi təqdim edir, oyunçu alt paltarının kimə aid olduğunu müəyyənləşdirməlidir. Maçiko oyunun açılış mahnısını ("Million Smile"), Amamiya, Takahaşo və Kayano oyunun bağlanış mahnısı ("101 Pikime no Hitsuji") ifa etmişdirlər.
Anime
Studio Deen tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası 14 yanvar 2016-cı ildən 16 mart 2016-cı ilə kimi Tokyo MX kanalı vasitəsilə yayımlanmışdır. Daha sonrakı tarixlərdə isə 8 kanal və bir neçə sayt tərəfindən nümayiş etdirilmişdir. Anime Crunchyroll tərəfindən Şimali Amerika kimi bir neçə regionda və AnimeLab tərəfindən Avstraliyada yayımlanmışdır. Rejissoru Takaomi Kanasaki, ssenaristi Makoto Uezu, personaj dizayneri Koyçi Kikuta olmuşdur. 24 iyun 2016-cı ildə OVA seriyası buraxılmışdır. Animenin açılış mahnısı Maçiko tərəfindən ifa olunan "Fantastic Dreamer" mahnısı, bağlanış mahnısı isə Sora Amamiya, Rie Takahaşi və Ay Kayano tərəfindən ifa olunan mahnısıdır.
Animenin ikinci mövsümünün 11 yanvar 2017-ci ildən yayımlanması planlaşdırılır. İkinci mövsüm Yaponiyada d Anime Store və Niconico vasitəsilə yayımlanacaq. İkinci mövsümün açılış mahnısı Maçiko tərəfindən ifa olunan "Tomorrow" mahnısı, bağlanış mahnısı Amamiya, Takahaşi və Kayano tərəfindən ifa olunan "Ouchi ni Kaeritai" mahnısıdır. 2017-ci ilin iyulunda ranobenin 12-ci cildi ilə birlikdə OVA seriyası buraxılmışdır.
6 oktyabr 2018-ci ildə "KonoSuba" personajlarının "Isekai Quartet" adlı, "Re:Zero", "Overlord" və "The Saga of Tanya the Evil" personajlarını da özündə birləşdirən krossover animesində görünəcəyi açıqlanmışdır..
Anime filmi 25 iyun 2018-ci ildə J.C.Staff studiyası tərəfindən adlı anime filmi adaptasiyasının çəkiləcəyi anons edilmişdir. Seyyu və istehsalçı heyəti dəyişməyəcək. 2019-cu ildə buraxılması planlaşdırılır.
Digər 1 mart 2015-ci ildə HobiRecords tərəfindən Drama CD buraxılmışdır. Doramada personajları anime serialındakından fərqli şəxslər səsləndirmişdir. Masato Kodanın bəstələdiyi saundtrekin və personaj mahnılarının daxil olduğu ikinci CD isə 2017-ci ilin martında buraxılmışdır.
Qəbul 2 mart 2016-cı ilin məlumatına əsasən romanların ümumilikdə 11 cildinin ümumilikdə çapda 1,5 milyon nüsxəsi var və hər cild 136,000 nüsxə satmışdır.
Ümumilikdə roman 2016-cı ildə satdığı 1.174.562 nüsxə ilə ilin ən yaxşı satan 2-ci ranobesi olmuşdur. Birinci cildi 2016-cı ildə ən yaxşı satan 13-cü (155.634 nüsxə), ikinci cildi 17-ci (135.511 nüsxə), üçüncü cildi 20-ci (131.170 nüsxə), səkkizinci cildi 23-cü (122.772 nüsxə), dördüncü cildi 25-ci (120.767 nüsxə), beşinci cildi isə 28-ci (112.892 nüsxə) ranobe cildi olmuşdur.
Anime adaptasiyası Akiba Souken tərəfindən 2016-cı ildə keçirilən sorğuda isə ən yaxşı 2-ci "hadisələri alternativ dünyada baş verən" anime seçilmişdir (277 səs).
Anime serialının ilk bir neçə seriyasına rəy bildirən Anime News Network əməkdaşı Teron Martin animenin komediyasını tərifləmiş, ikinci seriyanı "Monthly Girls' Nozaki-kun" animesinin yayımlanmasından bəri gördüyü ən gülməli seriya hesab etmişdir. Martin animenin musiqisini də bəyənmiş, lakin bəzən personaj animasiyasındakı tutarsızlıqlara görə rəssamlığı tənqid etmişdir.
Qeydlər Qeydlər
Orijinal başlıqlar
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2012-ci ilin Yaponiya romanları Kateqoriya:2013-cü ilin Yaponiya romanları Kateqoriya:2014-cü ilin Yaponiya romanları Kateqoriya:2014-cü ilin manqaları Kateqoriya:2016-cı ilin Yaponiya romanları Kateqoriya:2016-cı ilin manqaları Kateqoriya:2016-cı ilin anime serialları Kateqoriya:2016-cı ilin anime OVA-ları Kateqoriya:2017-ci ilin anime OVA-ları Kateqoriya:2017-ci ilin Yaponiya romanları Kateqoriya:2019-cu ilin anime filmləri Kateqoriya:Ranobelər Kateqoriya:Şonen manqaları Kateqoriya:Yaponiya fentezi romanları Kateqoriya:Yaponiya komediya romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Komediya anime və manqaları Kateqoriya:İsekay anime və manqaları Kateqoriya:Kadokawa Sneaker Bunko Kateqoriya:Kadokawa Shoten manqaları Kateqoriya:Kadokawa Dwango franşizləri Kateqoriya:Shōsetsuka ni Narō Kateqoriya:Əvvəlcə onlayn yayımlanmış ranobelər Kateqoriya:Fujimi Shobo manqaları Kateqoriya:Media Factory manqaları Kateqoriya:Yen Press komiks başlıqları Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Studio Deen Kateqoriya:J.C.Staff Kateqoriya:Crunchyroll animeləri Kateqoriya:Uydurmada MMORPG-lar Kateqoriya:Uydurmada ölümdən sonra həyat Kateqoriya:Uydurmada reinkarnasiya Kateqoriya:Ranobelərə əsaslanan televiziya verilişləri Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Vizual romanlar Kateqoriya:Qılınc və sehr anime və manqaları Kateqoriya:2017-ci ilin videooyunları Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Anime filmləri