Aralqum — Aral dənizinn quruması nəticəsində formalaşan yeni səhra. Qumdan və şoranlıqdan ibarət olan Qazaxıstan və Özbəkistan ərazilərini əhatə edən səhra. Qaraqum səhrası və Qızılqum səhraları ilə sərhədə malikdir. Səhranı həmçinin Аğqum olaraq adlandırırlar
Aral dənizinin səviyyəsi SSRİ dönəmində səhra sahələrinin əkinə cəlb olunması ilə azalmağa başlamışdır. 2005-ci ildə Kokaral bəndinin tikintisi ilə Şimali Aral tədricən bərpa olunmağa başlamışdır. Cənubi Aral quruduqca Aralqum səhrasının sahəsi böyüyür. thumb|280px Gölün quruması nəticəsində 200 növ bitki və heyvan növü ərazini tərk etmişdir. Gölün quruması 1960-cı ildən başlamışdır. Əsas bitkiləri: Salicornia europaea, Suaeda crassifolia, Tripolium vulgare, Suaeda acuminata və Atriplex fominiiWalter Wucherer, Primary succession on the dry sea floor of the Aral Sea , University of Bielefeld, Department of Ecology. Aralqumun sahəsi 38 min km² təşkil edir. İl ərzində 100 milyon ton xırda duz və qum fırtılalarları geniş sahələrə yayılır. Burada qərbdən şərqə güclü axın vardır. Aralqumun toksik qumları Antarktida pinqvinlərinin qanında aşkarlanmışdır. Adi Aral qumları isə Belarusiyanın gölləri və Qrenlandiyanın buzlaqları üzərinə çökür.
İstinadlar
Mənbə В.Рахманов: Самая молодая пустыня в мире — Аралкум Siegmar-W. Breckle Combating desertification and rehabilitation of the salt deserts in the region at the Aral Sea
Kateqoriya:Qazaxıstan səhraları Kateqoriya:Özbəkistan səhraları Kateqoriya:Səhralaşma Kateqoriya:Ekoloji fəlakətlər Kateqoriya:Aral dənizi Kateqoriya:Mərkəzi Asiya səhraları Kateqoriya:Qaraqalpaqıstan coğrafiyası