Çiçək Xatun (d. 1443 – ö. may 1498) - 7. Osmanlı padşahı II Mehmedin hərəmi və Cem Sultanın anası.Ahmed Akgündüz, Said Öztürk (2011). Ottoman History: Misperceptions and Truths . Oxford University Press. ISBN 978-9-090-26108-9.
Həyatı Həyatının ilk illəri bilinmir. Sadəcə doğum tarixinin 1443-cü il olduğu məlumdur. Bəzi mənbələrə görə Türkmən bəyi Əli bəyin bacısıdır.Muhammad Syaari Abdul Rahman, Berfikir Gaya Al-FatehFranz Babinger, Mehmed the Conqueror and His Time, pg.173 Ancaq bu məsələ mübahisəlidir. Çünki xarici mənbələrə görə bu qadın əslən serbdir.
1458-ci ildə ildə II Mehmedlə evləndirildi. 22 dekabr 1459-cu ildə taxtın ən kiçik varisi olan Şahzadə Cemi dünyaya gətirdi.Leslie P. Peirce (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire . Oxford University Press. pp. 106–107. ISBN 978-0-195-08677-5. Osmanlı ənənələrinə uyğun olaraq, 1469-cu ildə 10 yaşlı oğlu ilə birlikdə Kastamonu sancaqbəyliyinə göndərildi. 3 may 1481 tarixində ərinin ani vəfatının ardından çıxan taxt mübarizəsində oğluna dəstək verdi. Ancaq baş verən ilk döyüşlərdə məğlub olan Cem Sultan anası və hərəmi ilə birlikdə Qahirəyə qaçdı və Məmlük sultanına sığındı.
Bir müddət burda yaşadıqdan sonra oğlu Cem Sultan özünə tərəfdar toplamaq məqsədilə Avropaya getmiş, Çiçək Xatun və oğlunun hərəmxanası Misirdə qalmışdır. Burda oğlundan ayrı keçirdiyi illərə aid yazışmalar qalmaqdadır. 1495-ci ildə oğlunun Avropa saraylarının birində şübhəli olaraq vəfat etməsinə şahid oldu. Oğlunun vəfatından 3 il sonra Misirdə epidemiya halını alan vəba xəstəliyinə yaxalandı və 1498-ci ilin may ayında Qahirədə vəfat etdi.
Mənbə
Kateqoriya:II Mehmed Kateqoriya:Osmanlı sultanlarının xanımları