— Şimecinin rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works 2014-cü ilin iyunundan bu yana 4 cildini nəşr etmişdir. Naoki Koşimizunun rəssamlığı ilə hazırlanan manqa adaptasiyası "Dengeki Daioh" jurnalında nəşr olunur. Yen Press ranobe və manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır.
Məzmun 2019-cu ilin avqustunda alimlər Yer kürəsinin kənarından gələn və onları böyük kataklizmdən xəbərdar edən siqnallar qəbul edirlər.
Bu hadisədən sonra müxtəlif Yerdənkənar həyat formaları insanlarla ünsiyyətə girməyə başlayırlar. Onlarla ünsiyyətdə olan şəxslər Üçüncü göz adlandırılırlar və müxtəlif güclər əldə edirlər. Bəziləri səs sürətində hərəkət etmək bacarığı qazanır, bəziləri poladı belə kəsən qılınc əldə edir.
Hadisələrin əsas diqqət mərkəzində 17 yaşlı dərrakəli oğlan Minoru Utsuqi və supergüclərə malik şəxslərə nəzarət edən təşkilatın üzvü Yumiko Azudur. Ögey bacısı ilə sakit həyat tərzi keçirən Minoriyə bir gün yadplanetlilər tərəfindən həmişə arzuladığı "kimsəsizlik" gücü verilir. Lakin tezliklə Minori ona verilən bu gücə görə qatılmaq istəmədiyi müharibəyə qoşularaq İzolyator olur.
Personajlar
Media Ranobe Reki Kavahara ranobeni əvvəlcə 23 noyabr 2004-cü ildən 20 iyul 2009-cu ilə kimi onlayn şəkildə saytında yayımlamışdır və bu zaman kəsiyində 40 cild yazmışdır. Lakin peşəkar karyeraya başladıqdan sonra ranobeni yazmağı dayandırmışdır. 2014-cü ildə Reki Kavahara ranobeni nəşr etdirmək qərarına gəlmişdir. ASCII Media Works ranobenin 4 cildini nəşr etmişdir.
Ranobe seriyası 2014-cü ildə Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.
Cild siyahısı
Manqa Naoki Koşimizunun rəssamlığı ilə hazırlanan manqa adaptasiyası "Dengeki Daioh" jurnalında nəşr olunur. İki cildi buraxılmışdır. Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.
Qəbul Ranobe seriyasının ikinci cildi 2015-ci ilin birinci yarısında 50.472 nüsxə satmış və Yaponiyada ən yaxşı satan 49-cu ranobe olmuşdur.
Anime News Network-dan Rebekka Silverman ranobenin ilk cildini qiymətləndirərək personajların inandırıcı olduğunu və müəllifin əvvəlki əsərlərinə nisbətən daha yaxşı yazdığını bildirmişdir.
İstinadlar
Xarici keçidlər Reki Kavaharanın Word Gear saytında.
Kateqoriya:2014-cü ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2015-ci ilin manqaları Kateqoriya:Yaponiya elmi fantastika romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Elmi fantastika anime və manqaları Kateqoriya:Dengeki Bunko Kateqoriya:ASCII Media Works manqaları Kateqoriya:Dengeki Daioh Kateqoriya:Yen Press komiks başlıqları Kateqoriya:Uydurmada 2019-cu il Kateqoriya:Uydurmada super güclər Kateqoriya:Uydurma yerdənkənar həyat formaları Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Kadokawa Dwango franşizləri Kateqoriya:Şonen manqaları Kateqoriya:Şoco manqaları Kateqoriya:Seynen manqaları