Elşən Məmmədhənifə oğlu Musayev () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin V, VI və VII çağırış deputatı (2015-ci ildən), Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri.
Həyatı 1979-cu il avqustun 11-də Oğuz rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus, ingilis və alman dillərini bilir.
2001–2003-cü illərdə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində məhkəmə nəzarətçisi işləmiş, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının, 2010–2015-ci illərdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin eksperti vəzifəsində çalışmışdır.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədridir.
2015 və 2020-ci ildə 110 saylı Zaqatala seçki dairəsindən Milli Məclisə deputat seçilmişdir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Belarus, Braziliya, Cənubi Afrika Respublikası, Çexiya, İtaliya, Qətər, Malayziya, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Burundi parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Evlidir, 1 övladı var.
İstinadlar
Xarici keçidlər Deputat: "Azərbaycan hökuməti idealdır" V ÇAĞIRIŞ VI ÇAĞIRIŞ
Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan siyasi partiyalarının sədrləri