Rondoniya () — Braziliyanın qərbində yerləşən ştat. Akri ştatı ilə qərbdən, Amazonasla şimaldan və şərqdən Matu-Qrosu ştatları ilə sərhədlənir. Üstəlik Boliviya ilə sərhədə malikdir (Abuna və Quapore çaylarıştatı Yer ətrafında. Randoniya.). İnzibati mərkəzi Portu-Velyu şəhəridir.

Ştat marşal Kandidu Rondonun şərəfinə adlandırılmışdır. O, dəfələrlə Braziliyanın sərhəd bölgələrinə təşkil edilən ekspedisiyaların rəhbəri olmuşdur.

Coğrafiyası Ərazisinin böyük qismi (80 %) Amzon meşələri ilə örtülüdür. Meşələrin bir qismi (1970-ci illərdə) qırılmışdır.

Tarixi Çağdaş ştatın ərazisi Amazomas və Matu-Qrosu ştatlarından 1943-cü ildə ayrılması nəticəsində formalaşmışdır. Region 1956-cı ildə Randoniya adını almışdır. 28 dekabr 1981-ci ildə Randoniya Braziliyanın tərkibində tam hüquqlu ştata çevrilmişdir.

Əhalisi Ştat ərazisində 1 562 409 nəfər yaşayır (2010).

Urbanizasiya: 66,8 % (2004).

İrqi tərkib: mulatlar — 934 000 (53,8 %) ağlar — 590 000 (37,0 %) qaradərililər — 114 000 (7,2 %) asiyalılar və hindular — 35 000 (2,2 %)

İnzibati quruluş Ştat inzibati cəhətdən 2 mezoregion və 8 mikroregion, 52 munisipalitet.

İqtisadiyyat Randoniya ştatının iqtisadiyyatının əsasını kənd təsərrüfatı və faydalə qazıntıların hasilatı təşkil edirRondoniya russobras.com saytında. Burada çoxlu sayda iri buynuzlu heyvanlar saxlanılır, kofe, kakao yetişdirilir və odun hasil edilir.

İstinadlar

Mənbə Regionun portalı

Kateqoriya:Rondoniya Kateqoriya:1943-cü ildə yaranmış dövlətlər və ərazilər