() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Kaliforniyadır.
Botaniki xarakteristikası 12–15 m hündürlükdə, geniş çətirli ağacdır. Açıq-yaşıl budaqlı və tünd-yaşıl rəngli pulcuğa oxşar yarpaqlara malikdir. Yarpaqlarını sürtüb əzdikdə kamfora iyi verir. Qozaları yoğun ayaqcıqlar üzərində yerləşir, kürəşəkilli, parlaq-qəhvəyi rəngdədir. Yaxşı böyüyür, kölgəyədavamlıdır, torpağa tələbkar deyil. Yazda və yayda düzünə düşən günəş şüalarından qorunmalıdır, qışda işıqlı yerdə yetişdirmək olar. May ayından avqust ayına qədər bitki bol suvarılmalıdır. Oktyabr ayından aprel ayına qədər hava şəraitindən asılı olaraq suvarılma dayandırılmalıdır. Mart ayından sentyabr ayına qədər 14 gündən bir, qışda isə ayda bir dəfə gübrə verilir. Ağacın çətirinə hər hansı forma vermək üçün yazda budanma aparmaq məqsədə uyğundur. Quraqlığa davamlı, dekorativ bitki cinsi kimi becərilir. Onun mavi və alçaqboylu formaları dənizətrafı yamacların, parkların, bağların yaşıllaşdırılması üçün istifadə edilir.
Azərbaycanda yayılması Abşeronda bağ və parklarda rast gəlinir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax